“Resurs İdarəetmə Mərkəzi” sistemində yeni “Blok Siyahısı” modulu istifadəyə verilib

14-01-2021 / 16:48

Xeberler.az bildirir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi dövlət qurumlarının istifadəsinə verdiyi “Resurs İdarəetmə Mərkəzi” sistemində yeni “Blok Siyahısı” modulunu istifadəyə verib.

Yeni istifadəyə verilmiş modul vasitəsi ilə dövlət qurumları Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən kiberhücumların analizi zamanı aşkar edilmiş və dövlət şəbəkələrinin təhlükəsizliyi məqsədi ilə AZSTATENET şəbəkəsində blokladığı kibertəhlükəsizlik indikatorları ilə tanış ola biləcək, onların bloklanma səbəblərini və istifadə olunduğu hücum növləri barədə məlumat ala biləcək.

Sistem eyni zamanda dövlət qurumlarının özlərinin aşkar etdiyi kiberhücum indikatorlarını da Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinə göndərilməsi, yoxlanılması və statusunun izlənilməsi funksiyaları ilə təmin edilib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə