Previous Next
Bağla

Bakcell-in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

27-12-2019 19:35
Bakcell-in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

Bakcell şirkəti öz abunəçilərinə Azərbaycanda ən geniş əhatə dairəsi və ən sürətli mobil internet xidməti ilə yanaşı, istehlak bazarının demək olar ki, bütün seqmentlərində əlavə fürsət və üstünlüklər təklif edir.

Xeberler.az bildirir ki, ölkənin ən irimiqyaslı loyallıq proqramlarından biri olan “Ulduzum”dan istifadə edən Bakcell abunəçiləri 350-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsində eksklüziv endirimlərdən yararlanırlar. Proqramın istifadəçiləri məşhur restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri, beynəlxalq çatdırılma və hətta aviaşirkətlərin təklif etdiyi özəl kampaniyalar və endirimlərdən istifadə imkanına malikdirlər.

“Ulduzum” tərəfdaşlar şəbəkəsinə beynəlxalq elektron ticarət və çatdırılma xidməti sahəsinin ən uğurlu şirkətlərdən biri olan “Mover.az” da daxildir. Bu əməkdaşlıq sayəsində Bakcell abunəçiləri “Ulduzum” kodu vasitəsilə Türkiyədən olan bütün çatdırılmalara 10% endirim qazanırlar.

Kitabsevərlər də “Ulduzum” proqramından yararlanır, çünki proqram tərəfdaşlarının geniş siyahısına Azərbaycanın ən populyar kitab mağazaları şəbəkələrindən biri olan “Libraff” da daxildir. Belə ki, Bakcell abunəçiləri “Ulduzum” kodu vasitəsilə “Teas Press”, “3 alma” və “YaY” nəşriyyatlarının kitablarına 10% endirim əldə edirlər.

Geniş “Ulduzum” şəbəkəsinə həmçinin ölkənin iri bankları da daxildir. 31 dekabr 2019-cu il tarixinədək qüvvədə olan kampaniya çərçivəsində Bakcell abunəçiləri “Ulduzum” kodundan istifadə edərək “NBCBank”dan pulsuz multivalyuta Gold kartını əldə edə bilərlər.

Qeyd edək ki, bir müddət əvvəl Bakcell yenilənmiş “Ulduzum” mobil tətbiqetməsini istifadəyə verib. Mobil tətbiqeməni yükləmiş Bakcell abunəçiləri bu proqramın tərəfdaşlarını asanlıqla tapıb, endirim kodlarını əldə edə, mövcud təkliflər və yeniliklər barədə məlumat ala bilərlər. Həmçinin, yeni tətbiqetmə sayəsində istifadəçilər qənaət olunmuş məbləğlər, qoşulduqları kampaniyalar, qazanılan “keşbeklər”, gün ərzində istifadə edilməyən kodlar və digər üstünlüklər barədə məlumat ala biləcəklər. Yeni tətbiqetmə həmçinin müxtəlif oyunlarda iştirak etmək və hədiyyə qazanmaq imkanı verir.

Proqram haqqında ətraflı məlumatı www.ulduzum.az səhifəsindən almaq mümkündür.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in Ulduzum mobil tətbiqi yenilənib

27-08-2019

Bakcell-in “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

28-06-2019

Ulduzum abunəçiləri üçün xüsusi endirim

11-08-2017

Abunəçilər Ulduzum tərəfdaşının eksklüziv endirim və imtiyazlarından yararlanır

03-12-2018

Ulduzum-un saytı yeniləndi

23-05-2017

Bakcell abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır

04-02-2019

“Bakcell”dən “Ulduzum” mobil tətbiqi

29-05-2015

Ulduzum endirimləri indi Türkiyədə

25-06-2016

Bakcell-dən Ulduzum abunəçiləri üçün daha bir yenilik

08-12-2016

Rixos otellərində Bakcell-dən endirimlər

12-04-2018

Bakcell Azərpoçt-la yeni kampaniyaya başladı

06-09-2016

Bakcell beynəlxalq müsabiqədə qalib oldu

24-08-2015

Bakcell-dən Ramazana özəl pulsuz danışıq kampaniyası

23-06-2015

Bakcell-dən daha bir yenilik

26-04-2017

Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya elanı

26-03-2015

Bakcell və Xalq Bank-dan minlərlə hədiyyə

29-03-2018

Bakcell Ulduzum partnyorunu xaricə səyahətlə mükafatlandırdı

26-10-2018

Ulduzum abunəçiləri üçün Park Cinema-dan pulsuz bilet

28-12-2015

Azərpoçt və Bakcell yeni layihəyə başlayıb

17-08-2015

Bakcell ağıllı avtomobilini təqdim edib

03-12-2015

Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya

19-01-2017

Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya!

15-10-2021

Ulduzum abunəçiləri üçün Music Gallery-də bonuslar başladı

07-01-2016

“Hesab.az” ilə “Bakcell”-dən pulsuz internet qazan!

03-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə