Rusiyanın “Texnoserv” şirkəti Azərbaycanda ofis açıb

26-11-2008 / 17:48
Rusiyanın sistem inteqratoru olan “Texnoserv” şirkəti Azərbaycanda regional ofisinin açılması barədə elan edib. Nümayəndəliyin baş direktoru vəzifəsinə İsmayıl Məmmədkərimov təyin edilib. “Biz Azərbaycan ərazisində çoxdandır ki, işlər görürük və mən bu bazarın ən perspektivlilərdən biri olduğunu hesab edirəm”, - deyə şirkətin MDB-də biznesinin inkişafı üzrə direktoru Boris Borodyanski qeyd edib. Onun sözlərinə görə, “Lokal komandanın yaradılması bizi sifarişçilərlə daha da yaxın edəcək və xidmətlərimizin keyfiyyətini xeyli artıracaq”.
İ.Məmmədkərimov isə qeyd edib ki, “Azərbaycan sifarişçiləri “Texnoserv”-in təcrübəsinə böyük maraqla yanaşırlar. Biz ölkədə biznesin dinamik inkişafını gözləyirik”. Bu barədə Cnews  yazır. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə