Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) daha bir xidmətini “Elektron hökumət” portalı üzərindən göstərməyə başlayıb.
Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar saytına istinadən verdiyi məlumata görə, RYTN-in “Poçt göndərişlərinin izlənilməsi” xidməti portala inteqrasiya olunub.
Bu xidmət vasitəsilə RYTN-in “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.
Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.
Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri