“Azercell Telekom” MMC-nin fevral ayında elan etdiyi “Tələbə Təqaüdü Proqramı”nın qalibləri müəyyənləşib. Proqram Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq həyata keçirilib və STEM istiqamətləri üzrə təhsil alan gənclərin dəstəklənməsinə yönəlib.
Bu il proqrama ümumilikdə 1500-dən çox müraciət daxil olub. Müraciətlərin ilkin qiymətləndirilməsi, namizədlərin bilik və bacarıqlarının yoxlanılması, həmçinin analitik düşünmə qabiliyyətini ölçən mərhələli seçim prosesi nəticəsində 15 tələbə Azercell-in təqaüdünə layiq görülüb. Qaliblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, ADA Universiteti, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti kimi ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar. Azercell nümayəndələri proqram qalibləri ilə görüş keçirərək onları bu nailiyyət münasibətilə təbrik edib, xüsusi sertifikatlarla mükafatlandırıblar. Görüş zamanı tələbəri maraqlandıran suallar cavablandırlıb, şirkətin fəaliyyət istiqamətləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, “Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nı 2007-ci ildən həyata keçirir. Bugünədək şirkət ümumilikdə 300-dən çox tələbəni təqaüdlə təmin edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları