Aprelin 6-da “BilBacar” müsabiqəsinin 2025-2026-cı tədris ili üzrə sonuncu IV “Yarış” mərhələsi başlayıb.
Xeberler.az məlumat verir ki, “Yarış” mərhələsinin hər sessiyası məktəbdə “BilBacar” koordinatorunun nəzarəti və birbaşa iştirakı ilə təşkil olunur. Bu mərhələ 10 dərs günü ərzində (aprelin 6-10 və 13-17-də) keçiriləcək. Şagirdlər “BilBacar” hesablarına daxil olaraq yarışda iştirak edə bilərlər.
Bu mərhələ başa çatdıqdan sonra şagirdlərin bütün müsabiqə üzrə topladıqları ballar hesablanacaq və 3-cü sinif üzrə 150 nəfər, 4-cü sinif üzrə 150 nəfər şagird finala vəsiqə qazanacaq. Qaliblər və final mərhələsi barədə ətraflı məlumat növbəti həftələrdə elan olunacaq.
Müsabiqənin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticəçıxarma bacarıqlarını inkişaf etdirmək, mütaliəni təşviq etmək, eyni zamanda, şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları