Previous Next
Bağla

LinkedIn istifadəçilərin brauzer əlavələrini gizli şəkildə izləyir

06-04-2026 20:04
LinkedIn istifadəçilərin brauzer əlavələrini gizli şəkildə izləyir

Microsoft’a məxsus LinkedIn platformasının istifadəçi cihazlarında gizli kod icra edərək quraşdırılmış proqramları və brauzer əlavələrini (browser extension) yoxladığı iddia olunur.

Xeberler.az Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinə istinadən bildirir ki, platformada istifadəçi sessiyası zamanı təsadüfi adlandırılmış bir skript yüklənir və həmin skript brauzerdə konkret extension ID-lərə aid fayl resurslarına müraciət etməklə əlavələrin quraşdırılıb-quraşdırılmadığını müəyyən edir.

Bildirilir ki, istifadəçi hər dəfə sayta daxil olduqda sənədləşdirilməmiş skript arxa planda işə düşür və istifadəçinin razılığı alınmadan, ona hər hansı bildiriş göndərilmədən lokal cihazda axtarış aparır. İddialara əsasən bu telemetriya məlumatları LinkedIn hesablarında göstərilən real ad, vəzifə və iş yeri məlumatları ilə əlaqələndirilir ki, bu da konkret şəxslərin və şirkətlərin istifadə etdiyi proqram mühitinin müəyyən edilməsinə imkan yaradır.

İddialara əsasən skript yalnız brauzer əlavələrini deyil, həmçinin cihaz və brauzer mühitinə dair bir sıra texniki məlumatları da toplayır. Bunlara prosessor nüvələrinin sayı, mövcud yaddaş həcmi, ekran ölçüsü, saat qurşağı, dil parametrləri, batareya vəziyyəti, audio məlumatları və saxlama imkanları daxildir. Bununla yanaşı, platformanın 509 işaxtarma alətini, eləcə də Apollo, Lusha və ZoomInfo kimi rəqib xidmətlər də daxil olmaqla 200-dən çox rəqib məhsulu izlədiyi irəli sürülür. 

Toplanan informasiya yalnız daxili server infrastrukturu ilə məhdudlaşmır. Platformanın görünməyən 0-piksel izləmə elementi, gizli kukilər, şifrələnmiş fingerprinting skriptləri və əlavə səssiz icra mexanizmlərindən istifadə etdiyi iddia olunur. Qeyd edilir ki, bu izləmə vasitələri və mümkün tərəfdaş inteqrasiyaları LinkedIn’in rəsmi məxfilik siyasətində açıq şəkildə göstərilmir.

LinkedIn isə bu ittihamları tam şəkildə qəbul etməyib. Şirkət müəyyən brauzer əlavələrinin aşkarlanmasını inkar etməyərək, bunun əsas məqsədinin platformanı saxta fəaliyyətlərdən, dələduzluqdan və avtomatlaşdırılmış məlumat toplama cəhdlərindən qorumaq olduğunu bildirib. Eyni zamanda, bu məlumatların istifadəçilərin həssas şəxsi xüsusiyyətlərini müəyyən etmək üçün istifadə olunmadığı qeyd edilib.Bu iddialar fonunda əsas narahatlıq istifadəçilərin məlumatlarının hansı həcmdə toplandığı, həmin məlumatların necə emal edildiyi və məxfilik hüquqlarının hansı səviyyədə qorunduğu ilə bağlıdır.

Eyni zamanda qeyd olunur ki, platforma 2024-cü ildə 461 məhsulu əhatə edən izləmə siyahısını 2026-cı ilin fevral ayınadək 6 mindən çox göstəriciyə qədər genişləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

LinkedIn-də böyük təhlükə

20-04-2018

LinkedIn-ə məxsus saytda 55 min istifadəçinin məlumatı oğurlanıb

19-12-2016

Microsoft LinkedIn-i niyə satın alıb?-Rəsmi

03-07-2016

Google-a rəqib gəlir

23-04-2018

LinkedIn-in istifadəçiləri yarım milyardı keçdi

25-04-2017

Microsoft şirkəti LinkedIn-i satın aldı

13-06-2016

“LinkedIn” nümayəndəsi: Biz platformada fərqli məzmun yerləşdiririk

21-07-2025

“LinkedIn” mobil istifadəçilərini artırmaq niyyətindədir

24-10-2013

Qazaxıstan “LinkedIn”i bloklayıb

27-07-2021

LinkedIn dizaynını tamamilə yeniləyir-Video

21-01-2017

“LinkedIn”də paylaşımların çoxu süni intellekt vasitəsilə yaradılır

28-11-2024

Facebook-dan şad xəbər...

22-06-2011

Mozillanın Windows Mobile versiyası çıxdı

21-05-2009

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015

“Google” “Chrome”da 23 ildir mövcud olan boşluğu aradan qaldırıb

15-04-2025

“LinkedIn” gülən emoji reaksiyasını əlavə edəcək

23-05-2022

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022

ETX bank və dövlət sektorlarına qarşı fişinq cəhdini müəyyən edib

06-02-2026

Gizlilik qaydalarını pozan tətbiq Google Play və App store-dan silinib

21-11-2019

Kibercinayətkarlar bu dəfə koronavirusdan istifadə edir

14-03-2020

İRİA: “mygov”da rəqəmsal razılıq mexanizmi tətbiq olunur

27-12-2025

HR əməkdaşlarına qarşı yeni kiberhücum dalğası müşahidə olunur

13-03-2026

GTA 5-i veb brauzer vasitəsi ilə oynamaq mümkündür

29-07-2015

Microsoft sadə parollardan istifadəni qadağan edib

26-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə