“Microsoft” Yaponiyaya 10 milyard dollar investisiya yatıracaq

03-04-2026 / 17:03

ABŞ-nin texnologiya nəhəngi “Microsoft” şirkəti 2029-cu ilə qədər süni intellekt və bulud texnologiyaları üçün Yaponiyaya 1,6 trilyon yen (təxminən 10 milyard dollar) sərmayə qoyacaq.

Xeberler.az Yaponiyanın Kyodo informasiya agentliyinə istinadən məlumat verir ki, şirkət bu plan çərçivəsində “SoftBank Group Corp.” və “Sakura Internet Inc.” ilə əməkdaşlıq edəcək. Bildirilib ki, investisiya həm texniki infrastrukturun gücləndirilməsini, həm də insan resursları və kibertəhlükəsizliyin inkişafını əhatə edəcək.

Qeyd edək ki, “Microsoft” 2024-cü ildə də Yaponiyada süni intellekt və bulud texnologiyalarının inkişafı üçün 2,9 milyard dollar dəyərində ikiillik investisiya planı elan etmişdi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə