Previous Next
Bağla

ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı təkmilləşdiriləcək

03-04-2026 20:48
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı təkmilləşdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrasından irəli gələrək aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali təhsil müəssisəsinin müvafiq “Tədbirlər Planı”nın layihəsi müzakirə edilib.

Xeberler.az məlumat verir ki, tədbirin məqsədi dövlət səviyyəsində müəyyən edilmiş rəqəmsal inkişaf prioritetlərindən irəli gələn vəzifələrin universitet müstəvisində icrasını təmin etmək üçün hazırlanmış fəaliyyət istiqamətlərinin müzakirəsi olub.

İclas çərçivəsində Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı əsasında ADPU üçün hazırlanmış “Tədbirlər Planı”nın layihəsi təqdim edilib. Sənəddə universitetdə rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, idarəetmədə müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin inkişafı, məlumat bazalarının inteqrasiyası, eləcə də tədris və inzibati proseslərdə rəqəmsal həllərin tətbiqi istiqamətində nəzərdə tutulan tədbirlər öz əksini tapıb.

Müzakirələr zamanı layihənin məzmunu ətraflı şəkildə təhlil olunub, onun mövcud institusional imkanlara və strateji hədəflərə uyğunluğu qiymətləndirilib. İştirakçılar tərəfindən layihənin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra əsaslandırılmış təkliflər irəli sürülüb. Xüsusilə rəqəmsal infrastrukturun gücləndirilməsi, vahid informasiya mühitinin formalaşdırılması, kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi, eləcə də insan resurslarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.

Bununla yanaşı, fəaliyyət planının icrası prosesində struktur bölmələr arasında səmərəli koordinasiyanın təmin edilməsi, icra mexanizmlərinin dəqiq müəyyənləşdirilməsi, eləcə də monitorinq və qiymətləndirmə alətlərinin tətbiqi zəruriliyi qeyd edilib.

Müzakirələrin yekununda layihənin təkliflər nəzərə alınmaqla işçi qrupu səviyyəsində təkmilləşdirilməsi və yekun müzakirəyə çıxarılaraq qəbul edilməsi qərara alınıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elm və təhsildə data idarəçiliyi tətbiq ediləcək

27-02-2026

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026

Bu günədək 380-dən çox xidmət tam rəqəmsallaşdırılıb

27-02-2026

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

"kağızsız hökumət"ə keçid 2028-ci ilədək başa çatacaq

27-02-2026

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

27-02-2026

Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

27-02-2026

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqlənib

27-02-2026

Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

02-03-2026

ADPU Elmi şurasının 2025/2026-cı tədris ili üçün ilk iclası keçirilib

12-09-2025

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026

Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni Sərəncam imzaladı

04-04-2022

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024

e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

01-05-2026

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü olub

26-06-2025

“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” təsdiqlənib

29-04-2016

Korrupsiyaya qarşı texnologiyalardan istifadə genişləndirilir

20-05-2016

Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 mərkəz yaradılacaq

27-02-2026

Rəqəmsal ödənişlərdə dələduzluqla mübarizə məqsədilə tədbirlər planı hazırlanıb

29-11-2021

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

Rəqəmsal bacarıqlar üzrə vahid platforma qurulacaq

12-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə