Previous Next
Bağla

Sabirabadda STEAM təhsilinin inkişafına dair infotur təşkil olunub

12-01-2026 14:31
Sabirabadda STEAM təhsilinin inkişafına dair infotur təşkil olunub

Sabirabad rayonunda STEAM təhsilinin inkişafı gənclərin müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsində mühüm rol oynayır. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirən STEAM yanaşması gənclərdə tənqidi düşünmə, analitik təhlil, problem həll etmə və innovativ yanaşma bacarıqlarının formalaşmasına şərait yaradır.

Xeberler.az bildirir ki, bu məqsədlə Sabirabad Gənclər Evi Sabirabad rayonunda fəaliyyət göstərən Sabirabad STEAM Mərkəzi ilə sıx əməkdaşlıq edir. Əməkdaşlığın əsas məqsədi region gənclərini texnologiya ilə yaxından tanış etmək, onların potensialını üzə çıxarmaq və inkişafını dəstəkləməkdir.

Sabirabad Gənclər Evinin təşəbbüsü ilə Sabirabad STEAM Mərkəzinə təşkil olunan infotur bu istiqamətdə atılan mühüm addımlardan biri olub. İnfotur çərçivəsində Sabirabad Gənclər Evinin rəhbərliyi və könüllülərdən ibarət komanda mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.

Görüş zamanı Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov çıxış edərək müasir dövrdə texnoloji savadlılığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və gənclərin gələcək karyeralarını qurarkən STEAM mərkəzlərinin təqdim etdiyi imkanlardan maksimum faydalanmasının vacibliyini qeyd edib.

Daha sonra STEAM Mərkəzinin koordinatoru Kənan Səmədov və mərkəzin əməkdaşı Subra Yəhyayeva iştirakçılara burada həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat veriblər. Gənclərə robototexnika, 3D modelləşdirmə, mühəndislik istiqamətləri və müxtəlif STEM layihələri əyani şəkildə nümayiş etdirilib. İştirakçılar müasir laboratoriya avadanlıqları ilə tanış olub, praktiki prosesləri izləmək və suallarını birbaşa mütəxəssislərə ünvanlamaq imkanı qazanıblar.

Qeyd olunub ki, STEAM təhsili Sabirabad gəncləri üçün yalnız texniki biliklərin əldə edilməsi deyil, eyni zamanda yaradıcı düşüncənin inkişafı, ideyaların real layihələrə çevrilməsi və gələcək peşə seçiminin düzgün istiqamətdə formalaşması baxımından da böyük əhəmiyyət kəsb edir. Bu prosesdə Sabirabad Gənclər Evi gənclərlə texnoloji imkanlar arasında körpü rolunu oynayaraq onların maariflənməsinə və motivasiyasına töhfə verir.

İnteraktiv müzakirə şəraitində keçən görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb. İnfotur gənclərin texnologiya sahəsinə marağının daha da artmasına səbəb olub. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

STEAM İnnovasiya Mərkəzinə infotur

23-02-2023

Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

21-10-2019

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30-12-2024

STEAM Mərkəzinə infotur təşkil olunub

24-02-2023

Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

12-08-2024

Agentlik: STEAM layihəsi 250 min şagirdi əhatə edir

17-12-2024

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021

Nazir: Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq

17-11-2025

Azərbaycan və Gürcüstan nazirləri Qubada STEAM Mərkəzində olublar

25-07-2025

SAF 2025-ə sayılı günlər qalıb

11-11-2025

STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

22-09-2025

SAF 2025-in qalibləri mükafatlandırılıblar

20-11-2025

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

Nazir “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimatında iştirak edib

08-04-2022

“STEAM təhsili - problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

31-10-2024

STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb

26-09-2024

Paytaxt məktəbliləri SAF 2025-də iştirak edir

19-11-2025

İnnovasiyalar Agentliyi və Mars Academy Açıq qapı günü keçirib

07-09-2019

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir

23-08-2023

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023

Özbəkistanda STEAM mərkəzi açılıb

23-04-2025

ADPU-da “STEAMLAND”ın açılışı olub

12-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə