Previous Next
Bağla

STEAM Mərkəzinə infotur təşkil olunub

24-02-2023 15:39
STEAM Mərkəzinə  infotur təşkil olunub

Bildirdiyimiz kimi, fevralın 23-də STEAM İnnovasiya Mərkəzinə infotur təşkil olunub. İnfoturda media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. 

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Yeni fəaliyyətə başlayan STEAM İnnovasiya Mərkəzində olduq. Mərkəz Elm və Təhsil Nazirliyi tərəfindən “STEAM Azərbaycan” layihəsi çərçivəsində yaradılıb. Uşaqlar, məktəblilər və tələbələr üçün nəzərdə tutulan texnoloji bir mərkəzdir. Uşaqların texnologiyaları daha dərindən mənimsəməsi, praktiki vərdişlər qazanması üçün , biliyin təcrübədə tətbiqi üçün unikal bir məkandır. Elə Mərkəzin əsas üstünlüyü də məhz öyrənilənlərin təcrübədə tətbiqi imkanı, daha maraqlı və cəlbedici formada bilik və bacarıqlar əldə imkanı yaratmasıdır.

Burada hər şey var, aviasiya məkanı, simulyasiya mərkəzi, konstruksiya, robotların hazırlanması laboratoriyası, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma”, oyun otaqları, “3D hologram”, VR zonaları və s. mövcuddur. Yəni, burada uşaqlar həyatda qarşılaşdıqları hansısa bir real problemlərin həlli üçün daha yaradıcı yanaşma sərgiləməyə, məsələlərin daha effektiv həll yollarını   tapmağa imkan qazanırlar

Mərkəzdən istifadənin uşaqlar və məktəblər üçün hansı formada, pullu, yoxsa pulsuz olacağı hələlik müəyyənləşməyib. Həmçinin qurumun gələcək statusu da hələlik qeyri-müəyyəndir. Növbəti ayda bu məsələlərin həlli nəzərdə tutulub.

Düşünürəm ki, hələlik bu tip mərkəz ölkədə yeganə olduğundan Nazirlik onun statusunu müəyyən edərkən daha geniş təbəqə üçün əlçatan olması prinsipini əsas götürməsi doğru olardı”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

STEAM İnnovasiya Mərkəzinə infotur

23-02-2023

STEAM İnnovasiya Mərkəzinə ekskursiya başlayıb

28-10-2025

Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

21-10-2019

Sabirabadda STEAM təhsilinin inkişafına dair infotur təşkil olunub

12-01-2026

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023

ADPU-da “STEAMLAND”ın açılışı olub

12-09-2024

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

Agentlik: STEAM layihəsi 250 min şagirdi əhatə edir

17-12-2024

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir

23-08-2023

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018

STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb

26-09-2024

Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzini ziyarət ediblər

25-02-2026

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

03-12-2024

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

Nazir: Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq

17-11-2025

“STEAM təhsili - problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

31-10-2024

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30-12-2024

İnnovasiyalar Agentliyi və Mars Academy Açıq qapı günü keçirib

07-09-2019

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib

26-09-2024

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020

STEAM Azərbaycan Festivalı bu gün başlayıb

05-12-2022

Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

12-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə