Previous Next
Bağla

Scale Up Accelerator proqramına müraciətlərin qəbulu davam edir

25-12-2019 18:10
Scale Up Accelerator proqramına müraciətlərin qəbulu davam edir

“Azərbaycan İşgüzar Qadınları” təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, “PAŞA Bank” və “PwC Azerbaijan” şirkətinin birgə dəstəyi ilə qadın sahibkarlar üçün nəzərdə tutulmuş və xüsusi olaraq hazırlanmış “Scale Up Accelerator” proqramında iştirakla bağlı müraciətlərin qəbulu davam edir.

“Scale Up Accelerator” proqramının əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan qadınların bizneslərini genişləndirə və inkişafını sürətləndirə bilmələri üçün lazımi təcrübə ilə təmin edilməsi, həmçinin onların iqtisadiyyatdakı rolunun və təsirinin gücləndirilməsidir. 8 həftə boyunca davam edəcək proqram peşəkar təcrübəyə malik 5 mentor tərəfindən tədris olunacaq. Proqramın iştirakçıları rəqəmsal transformasiya, onun əsas istiqamətləri və əhəmiyyəti, əqli mülkiyyət hüquqları və onların qorunması, korporativ kommunikasiya strategiyaları, resursların düzgün istifadəsi və şəxsi inkişaf kimi mühüm mövzulara toxunan sessiyalardan yararlanmaq imkanı əldə edəcək.

Proqram sonunda iştirakçılar dəyişən iqtisadiyyat şəraitində biznesin inkişafı strategiyalarını tərtib və tətbiq edə, liderlik keyfiyyətlərini, həmçinin innovasiya və rəqəmsal transformasiya üçün bacarıqlarını gücləndirə biləcək.

Peşəkarlardan yeni bilik və təcrübə qazanılması, eləcə də həmfikirlərlə işgüzar əlaqələrin qurulması baxımından çox əlverişli olan bu proqramda qadın sahibkarlar, təsisçilər və həmtəsisçilər iştirak edə bilər.

Müraciətlərin qəbulu üçün son tarix dekabr ayının 28-dir.
Qeydiyyatdan keçmək və ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil olun: www.abw.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Scale Up akselerator proqramının açılış mərasimi baş tutub

13-12-2019

Qadın sahibkarlar üçün akselerator proqramı fəaliyyətə başlayıb

22-01-2020

Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

21-01-2019

Azercell şəkili qadın sahibkarları dəstəkləyir

06-02-2025

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

01-05-2025

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

25-09-2019

“IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır

11-06-2025

“Startap ekosisteminin inkişafı KOBİA-nın əsas prioritetlərindəndir”

02-06-2023

İRİA və "EPAM Azərbaycan" "Karyera Mükəmməlliyi" proqramına start verir

17-03-2026

Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

03-05-2023

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

12-05-2023

WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

13-05-2026

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Azərbaycanlı startapçılar üçün yeni fürsət

22-06-2023

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025

Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi-Foto

18-05-2023

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

30-09-2024

Azercell Azercell-Lab ödənişli təcrübə proqramını elan edir

07-05-2019

"Green Hackathon" proqramına qeydiyyatın bitməsinə 1 gün qaldı!

17-10-2024

KATV1 gənclər üçün biznes tədris proqramına başlayıb

05-02-2016

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

26-09-2024

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

17-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə