Previous Next
Bağla

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017 15:28
Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

Ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis olunub.

Xeberler.az-ın məlumatına görə, bununla bağlı bu gün Bakı Biznes Mərkəzində keçirilən tədbirdə rəsmi şəxslər, qadın sahibkarlar iştirak edib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb və sahibkarlığın inkişafında qadın sahibkarların rolunun vacibliyini qeyd edib.

Dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Sahib Məmmədov sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasının, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsinin, sahibkarların şikayətlərinə baxılması sahəsində apellyasiya şuralarının yaradılmasının, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqinin və digər dövlət dəstəyi tədbirlərinin özəl sektorun inkişafında xüsusi rolunu diqqətə çatdırıb.

Bildirilib ki, dövlət başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayacaq.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib, Konfederasiyanın yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.

Bakı Tekstil Fabriki MMC-nin sədri Səkinə Babayeva qadın sahibkarlığının inkişafı ilə bağlı görülən tədbirlər haqqında məlumat verib və bu sahənin inkişafı istiqamətində təkliflərini səsləndirib.

Sonda tədbir iştirakçılarının təklifi əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul edilib. İclasda təşkilati məsələlər barədə müzakirələr aparılıb, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Bakı Tekstil Fabriki MMC-nin sədri Səkinə Babayeva Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.

Tədbirdə qadın sahibkarlığının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

21-01-2019
Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

03-05-2023
Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

23-11-2022
Bakıda yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb

Bakıda yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb

16-06-2022
İnformasiya-rabitə sektorunda fəliyyət göstərən sahibkarların 21 faizi qadındır

İnformasiya-rabitə sektorunda fəliyyət göstərən sahibkarların 21 faizi qadındır

21-05-2025
Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

20-12-2022
Azərbaycanda qadın sahibkarların sayı artmaqda davam edir

Azərbaycanda qadın sahibkarların sayı artmaqda davam edir

25-04-2023
Vergi ödəyiciləri üçün xidmətlərdə yeni rəqəmsal həllər hazırlanır

Vergi ödəyiciləri üçün xidmətlərdə yeni rəqəmsal həllər hazırlanır

24-11-2022
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib

29-05-2015
Scale Up akselerator proqramının açılış mərasimi baş tutub

Scale Up akselerator proqramının açılış mərasimi baş tutub

13-12-2019
İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

24-07-2025
İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

04-11-2016
Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019
Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

26-08-2016
Şuşada 6-cı ECO biznes forumu keçirilib

Şuşada 6-cı ECO biznes forumu keçirilib

02-07-2025
 “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda təşkil olunub

“Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda təşkil olunub

23-10-2024
Azərbaycanda qadın sahibkarlara 6 milyon manat kredit verilib

Azərbaycanda qadın sahibkarlara 6 milyon manat kredit verilib

23-11-2022
“Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” mövzusunda tədbir keçirilib

“Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” mövzusunda tədbir keçirilib

21-10-2024
Kəndli qadınlarının rəqəmsal bilikləri artırılır

Kəndli qadınlarının rəqəmsal bilikləri artırılır

07-08-2023
ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirilib

ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirilib

12-03-2026
İKT sahəsi ilə bağlı  komissiya yaradılıb

İKT sahəsi ilə bağlı komissiya yaradılıb

26-02-2016
“Rəqəmsal Sahibkarlıq” müsabiqəsi başa çatıb

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsi başa çatıb

24-07-2025
Məmurlarla iş adamları bir arada

Məmurlarla iş adamları bir arada

03-02-2020
Yeni  İKT komissiyası yaradılıb-Foto

Yeni İKT komissiyası yaradılıb-Foto

18-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə