Previous Next
Bağla

SEC İlon Maska qarşı məhkəmə iddiası irəli sürüb

15-01-2025 15:44
SEC İlon Maska qarşı məhkəmə iddiası irəli sürüb

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) Kolumbiya dairəsi üzrə federal məhkəmədə 2022-ci ildə “Twitter” sosial şəbəkəsinin satın alınması şəraiti ilə bağlı İlon Maska qarşı iddia qaldırıb.

Xeberler.az məlumat verir ki, tənzimləyicinin iddiasına görə, İlon Mask publik şirkətdən beş faiz və ya daha çox pay alan sərmayədarların 10 gün ərzində bu barədə məlumat verməsi qaydasını pozub. Beləliklə, “Twitter” şəbəkəsinin səhmləri ilə bağlı məlumatları gecikdirən milyarder satınalmadan 150 milyon dollardan çox qənaət edə bilib. Eyni zamanda, İlon Maskın planlarından xəbərsiz olan investorlar süni şəkildə ucuzlaşdırılan “Twitter” səhmlərini aşağı qiymətə satmaqla xeyli zərərə uğrayıb.

“The Wall Street Journal” nəşri güman edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla yaxın əlaqələri olan İlon Mask SEC-in növbəti rəhbərindən iddianı geri götürməyi xahiş edə bilər.

Tənzimləyicinin hazırkı rəhbəri Qari Qensler vəzifəsini vaxtından əvvəl - 2025-ci il yanvarın 20-də Cozef Baydenin prezidentlik səlahiyyətlərinin bitdiyi vaxt tərk edəcək. Tramp isə bu vəzifəyə SEC-in hərəkətlərini mütəmadi tənqid edən vəkil Pol Atkinsin namizədliyini irəli sürüb.

Qeyd edək ki, İlon Maskın “Twitter” şəbəkəsini satın alması zamanı yol verdiyi qanun pozuntuları ilə bağlı araşdırma hələ 2022-ci ildə başlayıb. Lakin milyarderin istintaqla əməkdaşlıqdan imtina etməsi səbəbindən proses uzanıb.

Biznesmenin “Twitter” səhmlərinə sahib olduğu barədə məlumatı yekun tarixdən 11 gün sonra açıqladığını üzə çıxaran SEC milyarderdən qaydaları pozaraq qənaət etdiyi vəsaiti təzminat olaraq geri qaytarmasını tələb edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlon Maska sanksiyalar tətbiq oluna bilər

21-09-2024

Tramp prezident seçilərsə İlon Maska vəzifə verəcək

20-08-2024

“OpenAI” İlon Maska qarşı əks-iddia qaldırıb

10-04-2025

KİV: "Mask Twitter-in iflasını istisna etmir"

11-11-2022

“X” sosial şəbəkəsi investisiya cəlb etməyi planlaşdırır

19-02-2025

Twitter investoru Elon Muskı məhkəməyə verib

12-10-2022

Mask "X"in ofisində aparılan axtarışı siyasi hücum adlandırıb

04-02-2026

İlon Mask Kanadanı saxta dövlət adlandırıb

25-02-2025

İlon Mask: Tramp məğlub olsa, ABŞ birpartiyalı sosialist ölkəyə çevriləcək

06-10-2024

İlon Maskın Kanada vətəndaşlığından çıxarılması üçün petisiya başlayıb

24-02-2025

KİV: İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

09-09-2024

KİV: İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

09-09-2024

Mask tviteri almaq üçün borc götürüb

06-09-2023

Mask Trampla mübahisədən sonra investorlarla əlaqə saxlamayıb

07-06-2025

İlon Mask və onun "X" şirkətinə qarşı araşdırma başlayıb

08-05-2026

Çin “TikTok”un ABŞ aktivlərini İlon Maska sata bilər

14-01-2025

İlon Mask adını dəyişib

09-11-2021

İlon Mask: Robotlar 5 il ərzində cərrahları əvəz edə bilər

28-04-2025

İlon Mask milyonlarla insana beyin çipləri implantasiya etmək istəyir

23-08-2024

İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib

29-03-2025

“Twitter”in reklam gəlirləri azalıb

07-06-2023

Maskın şirkətləri ilə hökumət müqavilələrinin auditi aparılacaq

07-06-2025

İlon Mask yeni sosial şəbəkə yaratmağı düşünür

28-03-2022

Deputatdan iddia-Tvitter Trampı geri qaytarmalı olacaq

26-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə