Previous Next
Bağla

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023 11:17
Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

"Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.

Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

MMC-dən Xeberler.az-a bildirilib ki, Səhiyyə Nazirliyi “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi bulud infrastrukturu (IaaS – Infrastructure as a Service) xidmətini əldə edib. Nazirlik informasiya sistemlərini qismən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

İlkin mərhələdə Səhiyyə Nazirliyinin ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib. Həmçinin miqrasiya prosesini əks etdirən Yol Xəritəsi hazırlanıb.

Səhiyyə Nazirliyi məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS – Backup as a Service) bulud xidmətindən də yararlanıb. Bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri məqsədilə “AzInTelecom” MMC nazirlik mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.

Nazirlik, həmçinin Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının müraciətlərinin qəbulu məqsədilə ayrılmış “Qaynar xətt” üçün “AzInTelecom” MMC-nin İP telefoniya xidmətindən yararlanıb və “Qaynar xətt”ə daxil olan zənglərin Rezervlənmə xidmətinə bağlı olaraq idarə edilməsi həyata keçirilir.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.

Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023
Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023
Daha bir qurum informasiya sistemlərini “Hökumət buludu”na köçürür

Daha bir qurum informasiya sistemlərini “Hökumət buludu”na köçürür

18-07-2023
FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024
“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024
MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024
İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023
ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023
Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023
Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024
Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024
MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

06-11-2023
Agentlik informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Agentlik informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

27-02-2024
“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

09-08-2024
Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

04-05-2023
Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

07-11-2024
Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022
Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

29-05-2024
AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025
SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb

SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2025
KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-02-2025
“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

06-02-2025
Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

25-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə