Previous Next
Bağla

iPhone 6 sərfəli şərtlərlə satışda

27-05-2017 10:09
 iPhone 6 sərfəli şərtlərlə satışda

Azercell Telekom MMC “1001 Smartfon” kampaniyası çərçivəsində sərfəli şərtlərlə smartfon telefonlarını təqdim etməkdə davam edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, mayın 26-dan müştərilər iPhone 6 32GB telefonunu sərfəli şərtlərlə əldə etmək imkanı qazanırlar.

Abunəçilər 4G-dəstəkləyən smartfonlarını aylıq cəmi 65 AZN-dan başlayan ödənişlə əldə edə bilirlər. Üstəlik, onlara 5GB internet və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı da verilir.

Kampaniyaya qoşulmaq üçün, abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

Qeyd edək ki, Azercell “1001 Smartfon” kampaniyası çərçivəsində iPhone 7 və iPhone 5S, LG Flex 2 smartfonlarını da sərfəli şərtlərlə təqdim edib.

Azercell “1001 Smartfon” kampaniyası çərçivəsində yay boyunca abunəçilərinə sərfəli şərtlərlə telefonlar təklif etməyə davam edəcək.

Günel

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə