Məlumat verdiyimiz kimi, həmyerlimiz tərəfindən yaradılan tur bələdçisi platforması GetGuided.co.uk startapı fəaliyyət göstərir.
Qeyd edək ki, layihənin həmtəsisçisi Cavid Nadirov hazırda Böyük Britaniyanın Edinburq şəhərində yaşayır.
GetGuided layihəsi də Edinburqda yaradılıb və hazırda fəaliyyətini müxətlif ölkələrdə davam etdirir.
GetGuided nədir?
-Turla səyahət etmək istəyənlər üçün Airbnb-ə oxşar xidmətdir. Siz şəhərə gəlirsiz, ola bilsin 1-2 günlük və ya 1-2 saat şəhərdə gəzməyə vaxtınız var. Siz saytda görmək istədiyiniz tur tipini, dilinizi, tur yerini və zamanını, tur gid-də ( bələdçi) istədiyiniz maraq və xüsusiyyətləri seçirsiz və sizin Peprsonalised affordable tur gidiniz-lə (sizə özəl əlverişli tur) görüşüb şəhəri gəzirsiniz.
Onu da qeyd edək ki, sayt Azərbaycan dili də daxil olmaqla 14 dildə fəaliyyət göstərir.
Xatırladaq ki, layihə ilk vaxtlar yalnız Edinburq ətrafı şəhərlərdə xidmət göstərirdi.
Xeberler.az-ın məlumatına götə, artıq platforma Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsində də lunch (təqdim) edilib. Belə ki, Misir, Qazaxıstan, Viyetnam, Bakı və Gəncəni səyahət etmək istəyənlər GetGuide-ın xidmətlərindən istifadə edə bilər.
Məlumat verdiyimiz kimi, bu yaxınlarda Gəncədə Startap Günləri baş tutdu. 3 gün davam edən tədbirdə Startap Azərbaycan-ın ekspert - mentorları və digər maraqlı tərəflər iştirak etdi.
Fürsətdən istifadə edib, Startap Azərbaycan komandası ilə Gəncə şəhərini GetGuided.co.uk platforması ilə gəzmə imkanı əldə etdik.
Qeyd edək ki, komandamızda ilk dəfə Gəncəyə səyahət edənlər də vardı.
Necə deyərlər, Startap Azərbaycan-ın nümayəndə heyəti ilə həmyerlimizin startap layihəsinin işləmə mexanizmini, təqdim etdiyi xidmətləri sınaqdan keçirdik.
Gəncəni GetGuide platforması ilə gəzmək istəyirsinizsə, ilk öncə sayta daxil olursunuz və gedəcəyiniz yeri seçib, klik edirsiniz.
Daha sonra aşağda “search” (axtarış) hissəsi gəlir. O hissəyə daxil olanda Gəncədəki tur növü qarşınıza çıxır. Burada tur bələdiçiniz, turun müddəti və qiyməti barədə ətraflı məlumat verilir.
Qeyd edilən tur növünün -“Travel to history of Ganja” (Gəncənin tarixi yerlərinə səyahət) yazılan hissəyə klik edirsiniz. Burada isə sizə gəzəcəyiniz yerlər, görəcəyiniz abidələr və digər məkanlar barədə ətraflı məlumat verilir.
Əgər GetGuide platforması ilə gəzmək istəyirsinizə, tur bələdiçinizə mesaj göndərib, tur növünü sifariş etməlisiniz.Bunun üçün Travel to history of Ganja” yazılan hissəyə klik edirsiniz, bu zaman sol hissədə “Book this tour” (bu turu sifariş edin) funksiyasını görəcəksiniz. Bu hissəyə klik edirsiniz və qarşınıza “Book a tour” və onlayn qeydiyyat blankı gəlir.
Qeydiyyat formasını doldurduqdan sonra sistem bu məktubu tur bələdçinizə göndərir. Daha sonra tur bələdçinizlə sistemdə əlaqə saxlayıb, mesajlaşa, əlavə məlumat alıb gəzintini təşkil edə bilirsiniz.
Biz də bu mərhələləri keçirik və platformanın Gəncədəki gid-i ( bələdçisi) Aynur xanımla danışıb, vaxt müəyyən edirik.
Komandamızda 7 nəfərdən çox nümayəndə var. Axşam saat 18:00-da Aynur xanım bizi olduğumuz məkandan götürür və Gəncə şəhəri ilə tanış etməyə başlayır.
Bizim komandada Gəncədə ilk dəfə olanlar olsa, mən dəfələrlə Gəncə şəhərində olmuşam. Amma demək olar ki, Gəncəni Aynur xanımın təqdimatı ilə tanıdım.
Aynur xanım, Gəncədəki ən maraqlı binalar, tarixi abidələr, restoranlar, kofelər, alış-veriş, əyləncə mərkəzləri haqda tarixinə qədər ətraflı məlumat verir.
Gəncədə bəlkə də dəfələrlə qarşısından keçdiyim yerlərin belə maraqlı tarixi olduğunu bilmirdim. 2 saat ərzində Aynur xanımın bələdçiliyi ilə Gəncə ilə tanış ola bildik.
Gəncədəki məşhur Cavad Xan məqbərəsi, Şah Abbas məscidi, məşhur Butulkalı Ev, Yeni Bulvar , Almanların Məscidi, köhnə hamamlarla tarixi faktları ilə tanış olduq.
Həmçinin, Bakının Tarqovusu sayılan Cavad xan küçəsini də bələdçimiz ilə gəzdik. Cavad Xan küçəsində bir çox müxtəlif növ restoran və kofelər var. İstanbul restoranından tutmuş Kolorit-ə qədər…
Gəncə mətbəxindən yemək istəsəniz, Aynur xanım sizə qiymətləri ilə bərabər restoranlar məsləhət görür. Tur bələdçisi məsləhət görməklə qalmır, həmçinin gedəcəyiniz yerə qədər Sizi aparır.
Aynur xanım deyir ki, bu platformadan daha çox xarici turirstlər istifadə edir.
Görünür, azərbaycanlıların belə bir xidmətin olduğu barədə elə də geniş məlumatı yoxdur.
2 saat müədditində tur bələdçimiz ilə Gəcənin əsas yerlərini gəzirirk. Bələdçinizin pozitiv və Gəncə ilə bağlı məlumat dolu olması isə Sizə başqa zövq verir.
GetGuided sizə yalnız Gəncəni tanımaq imkanı yox, həmçinin növbəti səfərlərinizdə oturub çay içəcəyiniz Dost qazandırır…
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri