Firefox-da irəliləyiş

06-11-2008 / 10:44

ıq qaynaq kodlu skaner Firefox oktyabrda ilk dəfə yüzdə 20 bazar payına çatdı. Bu haqda Net Applicationsun tərtib etdiyi bir araşdırmada bildirilir.

Net Applications-un nəticələrinə görə, Mozillanın skaneri oktyabr ayının ilk həftəsində tam olaraq yüzdə 20 sərhədinə çatdı. İkinci həftədə dəyər təkrar sərhədin altına düşdü. Üçüncü həftədə isə təkrar yüksələrək yüzdə 20,06-a çatdı. Bütün oktyabr ayı içindəsə firma ortalama yüzdə 19,97 bazar payına çatdı. Beləcə Firefox, tarixində ilk dəfə yüzdə 20-ə qədər qazanc əldə etmiş oldu.

Microsoft İnternet Explorer isə oktyabr ayında yelkənləri suya endirdi: Brauzerin bazar payı yüzdə 71,52-dən yüzdə 71,27-ə endi.

 

xeberler.az/ELLADA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə