SOCAR-ın təşəbbüsü və təşkilatçılığı ilə “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsinə start verilir.
Xeberler.az bildirir ki, qurumdan verilən məlumata görə, müsabiqənin məqsədi smart urbanizasiya, “ağıllı şəhər” sistemləri, dayanıqlı urban inkişaf və texnologiyaəsaslı innovativ ideyaların formalaşdırılmasına və inkişafına şərait yaratmaqdır.
Bu təşəbbüslə SOCAR enerji və sənaye infrastrukturu sahəsindəki rolunu, eləcə də ekoloji məsuliyyət, dayanıqlı inkişaf və texnologiyaəsaslı idarəetmə yanaşmalarının artan əhəmiyyətini nəzərə alaraq, bu müsabiqə vasitəsilə şəhər mühitində mövcud çağırışlara uyğun olaraq innovativ həllərin hazırlanmasını təşviq edir.
Enerji, ekologiya, su, infrastruktur və şəhər sistemləri ilə bağlı mövzuları əhatə edən müsabiqə iştirakçılara real urban və sənaye-şəhər çağırışlarına sistemli yanaşmaq, texnologiyaəsaslı həll konseptləri hazırlamaq və bu ideyaları mentor dəstəyi ilə inkişaf etdirmək imkanı yaradacaq.
Seçilmiş komandalar 6 həftəlik strukturlaşdırılmış proqramda iştirak edəcəklər. Proqram müddətində iştirakçılar mentorlarla işləyəcək, problemin mahiyyətini təhlil edəcək, həll konseptini formalaşdıracaq, texniki, əməliyyat və təşkilati tətbiq imkanlarını qiymətləndirəcək və final təqdimat üçün layihə istiqamətini hazırlayacaqlar.
Müsabiqə aşağıdakı tematik istiqamətləri əhatə edir:
• şəhər və sənaye zonalarında hava və səs keyfiyyətinin monitorinqi;
• urban mühitdə paylanmış bərpaolunan enerji həlləri;
• çirklənmiş və istifadəsiz qalmış sənaye ərazilərinin “smart” monitorinqi və bərpası;
• sənaye və tullantı sularının ağıllı idarə olunması;
• “smart” enerji infrastrukturu, rəqəmsal ölçmə və “dataəsaslı” idarəetmə sistemləri.
Proqramın sonunda komandalar öz layihə konseptlərini “Demo Day” çərçivəsində təqdim edəcəklər. Təqdimatlar problemin aktuallığı, həllin keyfiyyəti, tətbiq edilə bilmə potensialı, innovasiya və dəyər yaratma imkanı, həmçinin layihənin proqram müddətində inkişaf səviyyəsi əsasında qiymətləndiriləcək.
Kimlər müraciət edə bilər?
Müsabiqədə tələbələr, gənc mütəxəssislər, tədqiqatçılar, startap və innovasiya komandaları, eləcə də şəhərsalma, mühəndislik, ekologiya, enerji, rəqəmsal texnologiyalar, data analitikası, dayanıqlı inkişaf və urban sistemlər sahələrinə marağı olan multidisiplinar komandalar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarına aşağıdakı imkanlar təqdim olunacaq:
• real urban və “smart city” çağırışları üzərində işləmək;
• mentorlarla strukturlaşdırılmış iş sessiyalarında iştirak etmək;
• ideyanı layihə konseptinə çevirmək;
• problemin aktuallığını, həllin tətbiq imkanlarını və potensial təsirini əsaslandırmaq;
• final təqdimat bacarıqlarını inkişaf etdirmək;
• layihəni “Demo Day” zamanı təqdim etmək;
• seçilmiş ideyalar üzrə mümkün növbəti inkişaf imkanlarının nəzərdən keçirilməsi.
Müraciət qaydası
Müsabiqədə iştirak etmək istəyən komandalar aşağıdakı link vasitəsilə müraciət formasını doldurmalıdırlar.
Müraciət linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfyZkFCqyjwL-LxZor3e2wrt5ZA2FWzLAFWqrhERhQvS0Vpwg/viewform?usp=header
Son müraciət tarixi: 26.06.2026
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları