Previous Next
Bağla

“UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb

25-08-2025 15:28
 “UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin və gənc mütəxəssislərin innovativ ideyalarını dəstəkləmək məqsədilə “UniStartup” müsabiqəsinə qeydiyyat başlanıb. Müsabiqə Regional Universitet–Sənaye Birliyi Sammiti (RUSB 2025 - Careerhub) çərçivəsində keçiriləcək.

Xeberler.az bildirir ki, bu barədə MDU-dan məlumat verilib. “Regiondan qlobala” konsepti ilə keçiriləcək sammit MDU, “HBN Group” və Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən oktyabrın 24-də Mingəçevirdə təşkil ediləcək. Tədbir universitet-sənaye əməkdaşlığını gücləndirmək, gənclərə iş və təcrübə imkanları təqdim etmək məqsədi daşıyır. Sammitdə 100-dən çox şirkət və dövlət qurumunun, ümumilikdə isə 10 mindən nümayəndənin iştirakı gözlənilir.

Müsabiqənin əsas məqsədi universitet daxilində startap ekosistemini gücləndirmək, tələbələrin ideyalarını inkişaf etdirmək və onları sənaye nümayəndələri ilə bir araya gətirməkdir. İştirakçılar innovativ layihələrini yarımfinal və final mərhələlərində təqdim edəcəklər.

Müsabiqədə yalnız MDU-nun bakalavr və magistr tələbələri, həmçinin universitet əməkdaşları iştirak edə bilər. Komandaların tərkibi 2–5 nəfərdən ibarət olmalıdır.

İdeyalar süni intellekt, robototexnika, aqrar texnologiyalar, yaşıl enerji, proqramlaşdırma və IT həlləri, kibertəhlükəsizlik, təhsil texnologiyaları, “FinTech” və digər istiqamətləri əhatə etməlidir. Müsabiqə qeydiyyat və ideya təqdimatı, peşəkar mentor dəstəyi və “Final Pitch Day” mərhələlərindən ibarətdir. “Final Pitch Day” mərhələsi RUSB Sammiti çərçivəsində oktyabrın 24-də keçiriləcək.

Layihələr münsiflər heyəti tərəfindən təqdimat bacarığı, aktuallıq, məhsulun unikal xüsusiyyətləri, komanda potensialı və bazar araşdırmasına görə qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən komandalar müxtəlif mükafatlarla təltif olunacaqlar.

Qeydiyyat oktyabrın 10-dək aparılacaq.

Əlaqələndirici şəxs: Nurlan Əzizli – 055 915 48 93 | [email protected]

Ətraflı məlumat və qeydiyyat: mdu.edu.az/unistartup

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“UniStartup” müsabiqəsinin qalibləri mükafatlandırılıb

25-10-2025

AKTA və Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

27-10-2025

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib

26-09-2024

MDU-nun 7 komandası “Beynəlxalq Robot Olimpiadası”nın finalına vəsiqə qazanıb

17-02-2025

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022

Mingəçevir Dövlət Universitetində “Elektronika və avtomatika” təlimi davam edir

03-10-2024

Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb

05-11-2025

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qeydiyyat davam edir

12-03-2025

Texnologiya Universitetində süni intellekt hakatonu keçiriləcək

22-09-2025

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

20-06-2025

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

“GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsinə start verilir

04-04-2024

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015

Bakıda keçiriləcək beynəlxalq startap müsabiqəsinə qeydiyyat davam edir

22-10-2015

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

05-03-2025

CanSat Azərbaycan 2019 müsabiqəsinə qeydiyyat başa çatıb

15-01-2019

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə