SOCAR “Boston Consulting Group” ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

30-05-2023 / 14:50

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Boston Consulting Group” şirkəti (BCG) ilə enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində mövcud və potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

Xeberler.az məlumat verir ki, müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin BCG-nin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə keçirilən görüşdə aparılıb.

Görüşdə SOCAR ilə BCG şirkəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, BCG tərəfindən həyata keçirilən layihələr, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda müəssisələrdə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə