Previous Next
Bağla

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026 11:56
4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Davosda Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda panel sessiya təşkil edib.

Xeberler.az məlumat verir ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçən panel sessiyada sənaye və enerji sektorlarında süni intellekt, rəqəmsal texnologiyalar və Sənaye 4.0 həllərinin tətbiqi yolu ilə karbonsuzlaşmanın sürətləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və dayanıqlı inkişafın təmin edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə karbonsuzlaşması texnoloji və iqtisadi baxımdan mürəkkəb olan sektorlar üçün Sənaye 4.0-a keçidin strateji əhəmiyyəti diqqət mərkəzində olub.

SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev SOCAR-ın əməliyyatlarda enerji səmərəliliyinin artırılması, istehsalın etibarlılığının və təhlükəsizliyinin yüksəldilməsinə önəm verdiyini, bu məqsədlə tətbiq olunan rəqəmsal həllər barədə məlumat verib. İstehsalat sistemləri ilə informasiya texnologiyalarının səmərəli əlaqələndirilməsinin dəqiq və operativ qərarların qəbuluna imkan yaratdığı bildirilib.

DİF-in Müasir Texnologiyalar və İnnovasiyalar Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju George dayanıqlı enerji keçidinin təmin olunmasında dövlət-özəl sektor əməkdaşlığının, qlobal platformalarla tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Rəqəmsal sənaye ekosistemlərinin formalaşdırılmasının inklüziv transformasiya üçün əsas şərt olduğunu qeyd edib.

“McKinsey & Company” şirkətinin Şimali Avropa regionu üzrə idarəedici tərəfdaşı Jukka Maksimainen sənayedə enerji keçidində qlobal təcrübəyə əsaslanaraq texnologiyanın tətbiqi ilə yanaşı insan kapitalının inkişafına diqqət çəkib. Aşağı karbonlu və rəqəmsal əsaslı sənaye modellərinə keçid üçün sistemli və mərhələli yanaşmaların vacibliyi barədə məlumat verib.

“Honeywell” şirkətinin Qlobal regionlar üzrə prezidenti və Baş icraçı direktoru Anant Maheşaverinin xərclərin optimallaşdırılması, emissiyaların azaldılması baxımından süni intellekt əsaslı sənaye həllərinin önəmini nəzərə çatdırıb. Nəticələrə əsaslanan qərarların uğurlu transformasiyasında rolunu qeyd edib.

Sessiyanın sonunda Fariz Cəfərov sənaye və enerji sektorlarında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin Azərbaycanın milli rəqəmsal iqtisadiyyat və enerji keçidi gündəliyi ilə uzlaşdığını vurğulayıb, bu istiqamətdə beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin və qabaqcıl qlobal təcrübələrin ölkəmizdə tətbiqinin uzunmüddətli dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023

“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək

26-07-2022

WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

14-05-2026

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11-11-2024

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024

Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

17-11-2024

4SİM: Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaradılacaq

23-09-2025

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

4SİM Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

12-02-2025

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025

Süni intellekt əsaslı təşəbbüs şəhər enerjisinin idarə edilməsini yaxşılaşdıracaq

22-01-2025

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

Kolumbiyanın 4Sİ Medellín Mərkəzi ilə onlayn görüş keçirilib

24-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə