Previous Next
Bağla

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

09-07-2025 11:57
Somali “ASAN xidmət” təcrübəsini öyrənir

İyulun 7-8-də Somali Federativ Respublikası Prezidentinin Administrasiyasının Aparat rəhbərinin müavini Mohamed Amin Şeyx Osmanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizə səfər edib.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin səfəri bu ilin fevralında Somali Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun icrası çərçivəsində reallaşıb.

Səfərin ilk günü nümayəndə heyəti Zəfər parkında və Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirəsini ehtiramla yad edib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovla görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 25-dən çox ölkəyə ixrac olunduğu diqqətə çatdırılıb.

Somalidən olan nümayəndə heyəti Memorandumun icrası çərçivəsində qısa müddətdə ölkələrində “ASAN xidmət” mərkəzi əsasında vahid məkandan xidmət göstərəcək mərkəzin təsis olunmasını səbirsizliklə gözlədiklərini bildirib və bu istiqamətdə Azərbaycanın davamlı dəstəyini xahiş edib.

Qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzlərinin, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də tanış olublar.

Səfər çərçivəsində qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

04-06-2025
Somalinin Prezidenti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Somalinin Prezidenti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

12-02-2025
Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

28-11-2025
“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025
Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025
Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

09-09-2025
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025
“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025
Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də olub

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də olub

09-06-2026
“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024
“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək

16-03-2026
Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025
Seneqallı nazir “ASAN xidmət”də olub

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025
Türkiyənin media nümayəndələri “ASAN xidmət”də olublar

Türkiyənin media nümayəndələri “ASAN xidmət”də olublar

30-07-2025
Uqandalı nazir “ASAN xidmət”də olub

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025
Sudanlı nazir müavini “ASAN xidmət”də olub

Sudanlı nazir müavini “ASAN xidmət”də olub

13-01-2026
Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub

Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub

10-07-2025
“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025
Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026
Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020
WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də olublar

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026
Çilidən olan parlamentarilər “ASAN xidmət”də olublar

Çilidən olan parlamentarilər “ASAN xidmət”də olublar

29-09-2025
Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə