Sony onlayn mağazasını bağlayacaq

03-08-2015 / 11:04

Sony yaranan maliyyə problemlərinə görə gələn aydan etibarən öz onlayn satış mağazasını bağlayacaq.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, texnologiya şirkətləri 2015-ci ilin 2-ci rübü üçün maliyyə hesabatlarını açıqladıqdan sonra Sony bu qərarı alıb. Eyni zamanda hesabata əsasən, Lg şirkəti keçən rübə nisbətən daha aşağı nəticə göstərib, Samsung və Sony isə yüksəlişdədirlər.

Sony smartfon bazarında, demək olar ki, bazar payını itirib. Son flaqman telefonu olan Xperia Z3+ yenə də istədiyi nəticəni verməmişdi. Sony əsas gəlirini 22.4 milyon ədəd satdığı Playstation 4-dən əldə edib.

Sony onlayn mağazasını bağlayacağını öz istifadəçilərinə mail vasitəsi ilə bildirib. Avqustun 28-nə qədər hədiyyə kartlarını istifadə etmələrini məsləhət görüb və artıq satışlarını yalnız fiziki olaraq davam edəcəyini bildirib.

 

İsmayıl İsmayılov 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə