Sony Ericsson Xperia X1 SDK ilə telefona yeniliklər əlavə etmək olar
Isveç-yapon şirkəti Sony Ericsson bütün arzulayanlara Sony Ericsson Xperia X1 rabitəçisi üçün yükləmələrin işlənilməsində iştirak etmək təklifi verdi.
Istehsalçı təsdiq edir ki, Sony Ericsson Xperia X1 istifadəçilərin mobil telefonla qarşılıqlı əlaqəsinə yenilik əlavə edib. Bu öz zövqü ilə düzəldilə bilən interfeysin doqquz paneli sayəsində baş tutub. Lakin Sony Ericsson Xperia X1 SDK-nın Windows Mobile 6.1 SDK-dan nə ilə fərqləndiyini istehsalçılar izah etmir. Hər halda Xperia X1 interfeysi üçün şəxsi interaktiv panellər yaradılacağı mümkün olacaq. Gələcəkdə Sony Ericsson yeni xidmət təqdim edəcək ki, bunun sayəsində kommunikator üçün həmin panelləri yükləmə imkanı olacaq.
Bununla yanaşı, Sony Ericsson Xperia X1 SDK istifadəçiləri oyunlar, şəbəkə üçün başqa yükləmələr, internet-peycerlər və s. daxil olan müxtəlif bölmələr yarada bilərlər.