Korporasiya yeni smartfonlarının reklamına "bir ətək" pul xərcləyəcək.
"Sony Ericsson" korporasiyası "Xperia" modelli yeni smartfonlarının Böyük Britaniya bazarında tanınması üçün 4 milyon funt-sterlinq (təqribən 6,5 milyon dollar) xərcləyəcək. Bununla da "Sony Ericsson" son iki ildə ən böyük reklam kampaniyasını reallaşdıracaq.
"Xperia"nın aqressiv reklamı aprelin 1-də Britaniya telekanalları, qəzetləri və internet saytlarında başlayacaq. İlk növbədə "Xperia Play" oyun smartfonu reklam ediləcək.
Martın 21-də isə "Sony Ericsson" korporasiyası "Facebook", "YouTube" və "Gamespot"un əsas səhifələrində reklamlarını yerləşdirəcək.
Bununla yanaşı, şirkət "Xperia pro" və "Xperia neo"nu da reklam edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri