Previous Next
Bağla

Sosial sahə üzrə rəqəmsal savadlılıq kampaniyasına başlanılır

03-04-2023 11:56
Sosial sahə üzrə rəqəmsal savadlılıq kampaniyasına başlanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) bu həftədən bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlər, onlardan istifadə prosedurlarına dair savadlılığının artırılması istiqamətində təşviqat kampaniyasına başlayacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsallaşma sahəsində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

DOST RİM-in mütəxəssisləri ardıcıl olaraq hər bir bölgədə yerli sakinlərlə görüşlər keçirəcək və həmin görüşlərdə onlar sosial sahə üzrə elektron xidmətlər, rəqəmsal bacarıqlar barədə maarifləndirici söhbətlər aparacaq, iştirakçılara praktik məlumatlar verəcək, sualları cavablandıracaqlar.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun regional filiallarında keçiriləcək həmin görüşlərin hər biri ilə bağlı onların yeri və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə əhaliyə 153 xidmət göstərilir. Son beş ildə icra olunan geniş elektronlaşdırma proqramı nəticəsində həmin xidmətlərin artıq 140-dan və ya 90 faizdən çoxu rəqəmsal platforma üzərindən təqdim edilir. Bu da xidmətlərin müasir, şəffaf və operativ şəkildə göstərilməsini və əlçatanlığının artmasını təmin edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qusarda sosial sahə üzrə rəqəmsal savadlılıq təlimi keçirilib

24-07-2025

Sinqapur saytında DOST modeli barədə məqalə dərc edilib

08-02-2025

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə üç beynəlxalq İSO sertifikatı təqdim edilib

21-08-2024

Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

25-02-2026

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

Nazirliyin rəqəmsal layihələri və DOST RİM beynəlxalq mükafata layiq görülüb

11-04-2025

Ötən il sosial sahə üzrə elektron xidmətlərə 27 milyon müraciət edilib

23-01-2026

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasından 1 il ötür

17-12-2022

DOST RİM beynəlxalq müsabiqədə mükafata layiq görulüb

07-05-2025

DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

27-02-2019

DOST RİM beynəlxalq müsabiqədə 3 kateqoriya üzrə qalib olub

13-01-2025

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

26-03-2025

Son beş ayda sosial sahə üzrə 260 min elektron arayış verilib

26-06-2025

Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

30-01-2025

“Sosial işin idarəolunması” elektron sistemi istifadəyə verilib

05-01-2026

9 ayda sosial sahə üzrə 19 milyon 300 min elektron müraciət olunub

20-10-2025

I yarımildə sosial sahə üzrə 12,4 milyon elektron müraciət olunub

23-07-2025

Azərbaycanın e-xidmətlər üzrə təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib

13-05-2025

Səkkiz ayda sosial sahə üzrə 16,7 milyon müraciət edilib

22-09-2025

Son 4 ayda sosial sahə üzrə 8 milyon 546 min elektron müraciət daxil olub

20-05-2025

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

25-03-2025

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə