DOST Agentliyində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sosial təminat sahəsində təcrübə mübadiləsi məqsədilə Tacikistan və Belarus nümayəndə heyətləri ilə onlayn görüşlər keçirilib.
Xeberler.az bildir ki. bu barədə DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək və Məşğulluq Agentliyi ilə keçirilən görüşdə qurumlar arasında ilkin əməkdaşlıq münasibətlərinin qurulması, əmək bazarı və məşğulluq sahəsində məlumat mübadiləsinin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib.
DOST Agentliyinin İdarə Heyətinin sədrinin müavini Seymur Alıyev DOST modelinin beynəlxalq miqyasda qabaqcıl təcrübə kimi tanındığını vurğulayaraq, qurumun fəaliyyət prinsipləri, rəqəmsal innovasiyalar və vətəndaş məmnunluğuna əsaslanan xidmət şəbəkəsi barədə ətraflı məlumat verib, həmçinin dost ölkələrlə təcrübə bölüşməyə hər zaman hazır olduqlarını bildirib.
DOST modelinə böyük maraq göstərən Tacikistan tərəfi ilə əlaqələrin davamı olaraq, növbəti mərhələdə nümayəndə heyətinin Azərbaycana rəsmi səfərinin təşkil olunması planlaşdırılıb.
Digər onlayn görüş Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarusun Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası üzrə 2025-2026-cı illər üçün Tədbirlər Planı çərçivəsində keçirilib. “Əmək, məşğulluq və sosial müdafiə sahəsində xidmətlərin göstərilməsi, rəqəmsallaşma və xidmətlərin proaktiv qaydada təqdim olunması” mövzusuna həsr olunan tədbirdə hər iki ölkənin məsul şəxsləri və ekspertləri iştirak ediblər.
Görüşdə DOST Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin təmsilçiləri tərəfindən elektron sosial xidmətlər, innovativ həllər və proaktiv təyinat mexanizmləri barədə geniş təqdimatlar edilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Sual-cavab formatında davam edən görüşdə tərəflər sosial sahədə rəqəmsal həllərin tətbiqi istiqamətində birgə fəaliyyətin səmərəliliyini vurğulayıblar.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları