Previous Next
Bağla

Sosial şəbəkələrdə ən fəal futbol azarkeşləri kimlərdir?

27-05-2016 17:17
Sosial şəbəkələrdə ən fəal futbol azarkeşləri kimlərdir?

Beynəlxalq ödəniş sistemi olan MasterCard Avropada sosial şəbəkələrdə futbol azarkeşlərinin davranışını təhlil etmək üçün 5 mindən çox futbol azarkeşi arasında sorğu keçirib.

Hazırda avropalı azarkeşlərin diqqəti mayın 28-də Milanda keçiriləcək UEFA Çempionlar Liqasının finalında qarşılaşacaq Madridin Real və Atletiko komandalarına yönəlib.

MasterCard isə bütün avropalı futbol azarkeşlərin sosial şəbəkələrdə davranışına həsr olunmuş apardığı yeni araşdırmanın nəticələrini təqdim edib.

Xeberler.az-ın məlumatına görə, tədqiqatın nəticələrinə əsasən, ispaniyalı azarkeşlər sosial şəbəkələrdə an fəal şəkildə sevdiyi komandaya dəstək olurlar. Belə ki, azarkeşlərin təxminən ¼ hissəsi (24%) televizorda futbol matçını seyr etdikləri zaman sosial şəbəkələrdə 4 və daha çox paylaşım edir, bu isə italyan azarkeşlərdən (15%) təxminən iki dəfə çoxdur. İngilis futbol azarkeşlərinin yalnız 1/3 hissəsi futbol matçı zamanı paylaşım edir, halbuki türk azarkeşləri arasında bu göstərici 84% təşkil edir.

UEFA Çempionlar Liqasının rəsmi sponsoru və ödəniş sistemi olan, həmçinin Oyunçuların Talismanlarının rəsmi tədarükçüsü qismində çıxış edən MasterCard-ın “The Social Fanalytics Report” tədqiqatına əsasən, futbol azarkeşlərinin böyük hissəsi (69%) hesab edir ki, futbol oyunçuları ilə sosial şəbəkələrdə ünsiyyət imkanı oyuna müsbət təsir göstərir.

Daha çox türkiyəli (97%) və ispaniyalı (86%) azarkeşlər bu mövqeni dəstəkləyir, lakin Avropanın fərqli məkanlarında bu mövzu üzrə fikir ayrılığı mövcuddur. Belə ki, britaniyalı futbol azarkeşlərinin yalnız 50%-i futbolçuların sosial şəbəkələrdə hesab açmalarının tərəfdaşıdır.

 Facebook (63%) futbol azarkeşləri arasında ən populyar sosial şəbəkə hesab olunur, ən yüksək göstəricilər isə 45-54 yaş qrupuna aiddir. Qeyd olunan şəbəkə ən böyük populyarlığı İtaliya (81 %), Rumıniya (78%) və Portuqaliyada (77%) qazanıb.

Sosial şəbəkələrdən istifadə səbəblərinə gəldikdə isə məlum olub ki, futbol həvəskarlarının 64%-i bütün yeniliklərdən xəbərdar olmağı ən vacib məsələ hesab edir. Bu, 25-35 yaş qrupunda daha çox verilən cavabdır. Türkiyəli azarkeşlərin məlum futbol sevgisi sosial şəbəkələrdə öz əksini tapır. Belə ki, onlar (71%) sosial şəbəkələrdə qələbəni ingilis (29%) azarkeşlərdən iki dəfə çox qeyd edir.

Sosial şəbəkələrdə ən sadiq azarkeşlər almanlardır: onların yalnız 4%-i dəstəkləmədiyi klubların səhifələrini izləyir.

Tədqiqatın digər nəticələri:

İspaniyalı futbol azarkeşlər stadionlarda futbol izlədikləri zaman sosial şəbəkələrdə ən fəaldırlar: onlar oyun ərzində orta hesabla iki paylaşım edir. Bu göstərici isə ortalama Avropa göstəricisindən iki dəfə çoxdur.

YouTube – ikinci ən populyar sosial platformadır və ukraynalı (32%) azarkeşlər arasında ən geniş yayılmış şəbəkədir.

İspan (23%) və türk (27%) futbol azarkeşləri Twitter şəbəkəsində ən fəaldırlar, bu isə britaniyalı azarkeşlərdən 10% çoxdur.

İtalyan (42%) və ispan (47%) azarkeşləri canlı yayım zamanı şərhləri izləməyə üstünlük verir, amma rus, rumın (63%) və çexlər (61%) sosial şəbəkələri digər azarkeşlərlə ünsiyyət üçün istifadə edir (68%).

Kişilər qadınlara nisbətən dəstəkləmədiyi komandaların səhifəsini iki dəfə çox izləyir.

“Social Fanalytics Report” tədqiqatı aşkar edib ki, azarkeşlər üçün ünsiyyətdə olmaq xeyli vacibdir. Belə ki, onların 69%-i stadionların Wi-Fi-la təmin olunmasını arzulayır. Daha tez-tez italyan (79%) və portuqal (70%) azarkeşlər Wi-Fi üçün stadionlarda lazımi avadanlığın qurulmasının tərəfdaşıdır. Alman (39%) azarkeşləri isə bu məsələyə bir o qədər də önəm vermir.

Təmassız ödənişə tələbat Avropada getdikcə artır: futbol azarkeşlərinin 31%-i stadionlarda lazımi texnologiyanın quraşdırılmasını azrulayır. Türkiyədə futbol azarkeşlərinin yarısından çoxu (54%) təmassız ödənişi tərcih edir. Rumıniya (54%) və Çexiyada (44%) isə azarkeşlər stadiona keçmək üçün təmassız biletlərə üstünlük verirlər.

İtaliya milli yığma komandası və Yuventus futbol klubunun qapıçısı, UEFA Çempionlar Liqasında MasterCard-ın səfiri olan Canluici Buffon bildirib: “Mən 20 il ərzində futbol oynamaq həzzini yaşamışam və qeyd edə bilərəm ki, sosial medianın oyuna göstərdiyi təsir həddən artıq böyükdür. Onun sayəsində azarkeşlər sevdikləri oyuna özlərini daha yaxın hiss edir, oyunçular isə azarkeşlərlə şəxsi ünsiyyət qurmağa imkan qazanır”.

“Sosial və rəqəmsal media sevdiklərimizi izləmə, sevincimizi paylaşaraq qeydetmə yollarını dəyişməyə davam edir. Texnologiyaların həyatımızdakı rolunun əhəmiyyətli şəkildə artdığı bir vaxtda ünsiyyət və müzakirələrin rəqəmsal aləmdə baş verməsi təbii bir haldır.

“The Social Fanalytics Report” hesabatına əsasən, istifadə olunan sosial media kanalları fərqlidir, lakin əsas məsələ sosial ünsiyyətin qurulmasıdır. Futbol kimi sosial media da ölkələrarası maneələri aradan qaldırır və azarkeşləri bir araya gətirərək hisslərini paylaşmağa imkan yaradır”, - deyə MasterCard-ın beynəlxalq bazarlar üzrə prezidenti Ann Keirns bildirib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mastercard KIT BEATS texnologiyasını təqdim edir

Mastercard KIT BEATS texnologiyasını təqdim edir

30-05-2019
ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

30-07-2025
Futbol üzrə Dünya Çempionatı Lider Tv-də

Futbol üzrə Dünya Çempionatı Lider Tv-də

11-06-2010
Azərbaycan dilində yeni idman portalı yaradılıb

Azərbaycan dilində yeni idman portalı yaradılıb

03-11-2008
İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009
Futbol hakiminə texnoloji yardım?

Futbol hakiminə texnoloji yardım?

12-10-2010
Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

27-11-2018
Nar futbol həvəskarları üçün müsabiqə elan edir

Nar futbol həvəskarları üçün müsabiqə elan edir

27-05-2019
Bu kanallarda Dünya Çempionatının yayımı  niyə dayandırılıb?

Bu kanallarda Dünya Çempionatının yayımı niyə dayandırılıb?

22-11-2022
Bakcell-in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

Bakcell-in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

21-09-2015
Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

01-09-2015
“ABB-Qarabağ” kobrend kartı buraxılır!

“ABB-Qarabağ” kobrend kartı buraxılır!

15-12-2025
Bakcell futbol jurnalistlərinə  multimedia  təlimi təşkil edib

Bakcell futbol jurnalistlərinə multimedia təlimi təşkil edib

11-06-2015
Futbolda qolu ağıllı saatlar müəyyən edir

Futbolda qolu ağıllı saatlar müəyyən edir

20-04-2015
Azercell-in Futbol Turnirinin qalibi-Foto

Azercell-in Futbol Turnirinin qalibi-Foto

12-10-2017
Məşhur futbolçu Facebook üçün film çəkir

Məşhur futbolçu Facebook üçün film çəkir

10-05-2018
Samsung-dan 30 milyon təzminat tələb edilir

Samsung-dan 30 milyon təzminat tələb edilir

30-03-2016
Dünyanın ən sürətli robot qapıçısı Bakutel sərgisinə gətirilir

Dünyanın ən sürətli robot qapıçısı Bakutel sərgisinə gətirilir

08-11-2018
Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

07-08-2015
Mançester Yunayted Futbol Məktəbi-nə  qəbul başlayır

Mançester Yunayted Futbol Məktəbi-nə qəbul başlayır

05-02-2016
ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıdıb

ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıdıb

20-04-2026
“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

13-08-2021
 Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

03-03-2016
Bakcell Mançesterə gedənlərin adını açıqladı

Bakcell Mançesterə gedənlərin adını açıqladı

08-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə