“SpaceX” iki gün ərzində 52 ədəd “Starlink” peykini orbitə çıxarıb

26-09-2025 / 14:22

ABŞ-ın “SpaceX” şirkəti son iki gün ərzində ümumilikdə 52 ədəd “Starlink” minipeykini orbitə çıxarıb.

Xeberler.az məlumat verir ki, şirkətin məlumatına görə, sentyabrın 25-də “Falcon 9” daşıyıcı raketi vasitəsilə 24 peyk, bir gün öncə isə 28 peyk orbitə göndərilib və əvvəlcədən müəyyən edilmiş orbitlərə yerləşdirilib.

Qeyd edək ki, “SpaceX” 2019-cu ilin mayından bəri kosmik fəzaya ümumilikdə 9,8 mindən çox peyk buraxıb. Hazırda onların 8,4 mindən çoxu işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.

Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40-dan çox ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də istifadə edirlər.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə