Qlobal internet trafikindəki artım bir neçə əsas faktorla izah olunur: video axın (streaming) xidmətlərinin sürətlə yayılması, süni intellektin trafikə təsirinin artması, Əşyaların İnterneti (IoT) cihazlarının çoxalması, peyk internetinin genişlənməsi, həmçinin istifadəçi sayının və rəqəmsal vərdişlərin dəyişməsi.
Bu artımın mərkəzində isə video axını dayanır. Artıq internet trafikinin əsas hissəsi məhz bu kateqoriyanın payına düşür. 2022-ci ildə “Sandvine” hesabatına görə video trafiki 24% artaraq ümumi trafikin 65%-nə çatmışdı. Həmin ildə “Sandvine” tərəfindən təqdim olunan bu göstərici yalnız istehlak video axınını (Netflix, YouTube, TikTok, canlı yayım) nəzərə alırdı. Yəni metodologiya daraldılmışdı. Buna səbəb 2020–2021-ci illərdə COVID pandemiyası zamanı “Zoom”, “Teams”, “Google Meet” kimi platformalar trafikin böyük hissəsini öz üzərinə götürməsi idi. Bunlar "video" kimi yox, "real-vaxt kommunikasiyası" kateqoriyasında uçota alınaraq bu hesabata daxil edilmədi.
2025-ci ildə video axını 65,93% səviyyəsində olub. 2026-cı ildə isə “SQ Magazine”in məlumatına əsasən video, audio və proqram təminatı birlikdə artıq ümumi trafikin 82%-ni təşkil edir.
Platforma ekosisteminin genişlənməsi də bu tendensiyanı gücləndirir. “Netflix”, “YouTube”, “Amazon Prime”, “Disney+”, “TikTok” və “Twitch” kimi platformalar artıq milyardlarla istifadəçiyə xidmət göstərir və istifadə intensivliyi davamlı artır.
Eyni dinamika bazar göstəricilərində də özünü göstərir. 2025-ci ildə canlı yayım (live streaming) bazarının həcmi 99,82 milyard dollar olub. Proqnozlara görə, bu rəqəm
2030-cu ilə qədər 345 milyard dollara çatacaq. Bu isə bazarın illik orta hesabla 23% (CAGR) tempində böyüdüyünü göstərir.

COVID-19 dövründə baş verən tarixi trafik artımından sonra tətbiqlərin istifadəsindəki "yeni normal" sabitləşdi. Bu trend 2020–2021-ci illərdə video axın payını 60%-dən yuxarı çıxardı.
“Cloudflare Radar”ın məlumatına görə, “SpaceX Starlink”in trafiki 2025-ci il ərzində 2,3 dəfə artıb. Starlink yeni ölkə və ya bölgədə işə düşən kimi həmin ərazilərdə internet trafiki günlər içində kəskin sıçrayış edir. Sadəcə Botsvanada 2025-ci ildə 298% pik artım qeydə alınıb və Avropada 87-92% olan penetrasiya göstəricisinə yaxınlaşıb. 2026-cı ildə dünyada internet istifadəçilərinin sayı 6,5 milyarda çatacağı proqnozlaşdırılır. Bu 2025-ci ildəki 6,0 milyardla müqayisədə 480 milyon yeni
istifadəçi deməkdir.
Müxtəlif açıq mənbələrdə əks olunan göstəricilər Azərbaycanda da internet istifadəçilərinin sayında kəskin artım olduğunu bildirir. Son 4–5 il ərzində ölkədə fiber-optik internet infrastrukturunun coğrafiyası təqribən 13 dəfə genişlənərək demək olar ki, 100%-ə çatıb. 2025-ci ilə olan məlumatlara görə, respublika üzrə 3 milyona yaxın ev təsərrüfatı və sahibkarlıq subyekti yüksəksürətli fiber-optik şəbəkəyə qoşulmaq imkanı əldə edib.
Eyni zamanda, ölkə daxilində genişzolaqlı internetdən istidaə səviyyəsi 44%-dən 95%-ə yüksəlib və istifadəçilərə təqdim olunan internetin sürətində isə 5 dəfədən çox artım qeydə alınıb.
Bununla belə, son bir ildə median sürət dinamikasında staqnasiyanın aydın hiss olunduğu müşahidə edilir. Belə ki, artıq 6–7 aydır ölkə üzrə median internet sürəti 91–92 Mbit/s intervalında sabit qalıb və nəzərəçarpacaq artım qeydə alınmır.
Bu vəziyyət onu göstərir ki, bazarda hələ də 100 Mbit/s-dən aşağı tariflər təklif edən provayderlər istifadəçilərin real ehtiyaclarından geri qalır. Nəticədə, bu seqmentdə olan abonentlər qlobal miqyasda artan trafik həcmi və sürət tələbləri ilə müqayisədə ciddi şəkildə geridə qalırlar.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları