“SpaceX” şirkəti “Transporter-14” missiyası çərçivəsində “Falcon 9” raket daşıyıcısından istifadə etməklə onlarla kosmik aparatın Yer orbitinə buraxılmasını həyata keçirib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, kiçik peyklər və müxtəlif elmi cihazlarla yanaşı, raket həm də “The Exploration Company” şirkətinə məxsus xüsusi bir aparatı orbitə çıxarıb. Bu aparatın bənzərsiz yükü var, belə ki, təxminən 150 nəfərə aid DNT nümunələri və ya kremasiya olunmuş insan qalıqları daşıyır.
Bu, bir istiqamətli bir missiya deyil, Yer ətrafında bir növ “orbital ekskursiya”dır. Kapsullar bir neçə dəfə Yer ətrafında dövrə vuracaq, daha sonra isə atmosferə daxil olub Sakit okeana enəcək. Kapsullar yanmayacaq və suya düşdükdən sonra “The Exploration Company” əməkdaşları tərəfindən çıxarılıb, müştərilərə xatirə suveniri kimi qaytarılacaq.
Bundan əlavə, bu missiya çərçivəsində Avropanın kosmosda DNT-si olan ən gənc sakini – üç yaşlı Matteo Bartanın DNT-si də orbitə göndərilib. Matteo-nun DNT-si, kosmosa böyük maraq göstərən dünyasənə dəyişmiş babasının qalıqları ilə birlikdə aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları