Previous Next
Bağla

Spartakiadanın qalibləri mükafatlandırılıb

18-03-2019 18:14
Spartakiadanın qalibləri mükafatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Sağlamlıq-2018” Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Xeberler.az  bildirir ki, tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə spartakiadanın hər il keçirilməsinin vacibliyini vurğulayıb. Nazir müavini bildirib ki, belə tədbirlər işçilər arasında idmanın kütləviliyinin təmin və təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir.

Elmir Vəlizadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarında çalışan, 60 nəfəri qadın olmaqla 600 nəfərə yaxın əməkdaşın bu idman tədbirinə qatıldığını müsbət hal kimi dəyərləndirib.

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov spartakiadanın təşkili və nəticələri ilə bağlı geniş məlumat verib.

Spartakiadada səkkiz idman növü üzrə yarışların keçirildiyini qeyd edən R.Səfərov ümumkomanda hesabında I yerə “Bakı Telefon Rabitəsi” MMC-nin komandası,  II yerə “Aztelekom” MMC-nin komandası, III yerə isə Dövlət Radiotezliklər İdarəsinin komandasının layiq görüldüyünü diqqətə çatdırıb.

Sonra komandaları I, II və III yerləri tutmuş qurumların rəhbərlərinə xatirə kubokları və diplomlar təqdim olunub.

 Qeyd edək ki, spartakiada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Keçirilmiş yarışlarda Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC, “Teleradio” İstehsalat Birliyi, “Azərpoçt” MMC, “AzInTelecom” MMC, Dövlət Dəniz Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı-1 və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı-2 komandaları iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sağlamlıq – 2018 Respublika Spartakiadası başa çatdı

18-02-2019

Spartakiadanın dama oyunlarında birinciliyi Bakı Telefon Rabitəsi MMC-nin komandası qazanıb

29-01-2019

Spartakiadada şahmat yarışına yekun vurulub

07-02-2019

Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

24-01-2019

Sağlamlıq- 2018 Respublika Spartakiadasına start verilib

22-12-2018

Rabitəçilər arasında keçirilən atletika yarışının qalibləri məlum olub

06-10-2016

Nazirliyin sturukturuna daxil olmayan qurumların siyahısı təsdiqləndi

13-07-2018

Spartakiadanın sonuncu yarışı keçirilib

15-02-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib

16-04-2018

Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum oldu

20-11-2015

Aztelekom-un təşkilati -hüquqi forması dəyişdi

09-07-2015

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019

Bakı Telefon Rabitəsi yenidən təşkil olunur

24-10-2018

Elmir Vəlizadə vəzifəsindən azad edilib

15-06-2021

Bakı Telefon Rabitəsi-nin əməkdaşları təltif ediliblər

14-12-2019

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025

“AzInTelecom” MMC-yə yeni rəhbər təyin olundu

09-02-2021

Rabitəçi şəhid ailələrinə və müharibə veteranlarına bayram sovqatı təqdim olunub

06-05-2021

Rabitəçilərin yarışı başlayıb- Fotolar

24-09-2016

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir

27-04-2021

Nazirliyin daha bir qurumu MMC oldu

06-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə