Previous Next
Bağla

Sağlamlıq- 2018 Respublika Spartakiadasına start verilib

22-12-2018 10:43
Sağlamlıq- 2018 Respublika Spartakiadasına start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlamlıq– 2018” Respublika Spartakiadasına start verilib.

Xeberler.az  bildirir ki, yarışların əsas məqsədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, eləcə də nazirliyin tabeli qurumlarında çalışan işçilərin sağlamlığının qorunması və onların fiziki cəhətdən möhkəmləndirilməsinin təmin edilməsi, habelə ayrı-ayrı idman növləri üzrə yığma komanda heyətlərinin müəyyən
edilməsidir.

Artıq 23-cü dəfə keçirilən spartakiadada səkkiz idman növü üzrə (güllə atıcılığı, stolüstü tennis, kross qaçışı, voleybol, kəndirdartma, nərd, şahmat, dama) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarının komandaları yarışacaqlar.

Açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, rabitə müəssisələrinin nümayəndələri, idman cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.

Spartakiadanı açıq elan edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində, digər sahələrdə əldə edilən uğurlarla yanaşı, Azərbaycan həm də idman ölkəsinə çevrilib.

“Respublikamızda idmanın geniş vüsət almasına dəstək məqsədi ilə ənənəvi olaraq rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı çərçivəsində “Sağlamlıq” Respublika Spartakiadası keçirilir. Azərbaycanda 2015-ci ildə birinci
Avropa Oyunlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının, “Formula-1” yarışlarının uğurla keçirilməsi əlamətdar hadisədir. 2019-cu ildə  UEFA Avropa Liqasının final oyununun və Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan 2020-ci il futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən böyük işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir”.

E.Vəlizadə bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarda bir sıra idman növləri üzrə idmançılar həmişə müxtəlif turnirlərdə yüksək nəticələr əldə edirlər.

“Cari ilin sentyabr ayında Bakıda keçirilmiş beynəlxalq səviyyəli ekstremal idman turniri olan “Mübarizlər” yarışının komanda hesabında qalibi məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası olub” – deyə nazir müavini vurğulayıb.

Digər çıxış edənlər ölkəmizin son illər idman sahəsində ciddi uğurlara imza atdığını qeyd edərək, bu cür spartakiadaların ümumi inkişafa önəmli töhfələr verdiyini vurğulayıblar. Açılış mərasimi bədii hissə ilə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sağlamlıq – 2018 Respublika Spartakiadası başa çatdı

Sağlamlıq – 2018 Respublika Spartakiadası başa çatdı

18-02-2019
Rabitəçilərin yarışı başlayıb- Fotolar

Rabitəçilərin yarışı başlayıb- Fotolar

24-09-2016
Spartakiadanın qalibləri mükafatlandırılıb

Spartakiadanın qalibləri mükafatlandırılıb

18-03-2019
Spartakiadada şahmat yarışına yekun vurulub

Spartakiadada şahmat yarışına yekun vurulub

07-02-2019
Spartakiadanın dama oyunlarında birinciliyi Bakı Telefon Rabitəsi MMC-nin komandası qazanıb

Spartakiadanın dama oyunlarında birinciliyi Bakı Telefon Rabitəsi MMC-nin komandası qazanıb

29-01-2019
Rabitəçilər arasında keçirilən atletika yarışının qalibləri məlum olub

Rabitəçilər arasında keçirilən atletika yarışının qalibləri məlum olub

06-10-2016
Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

24-01-2019
Elmir Vəlizadə vəzifəsindən azad edilib

Elmir Vəlizadə vəzifəsindən azad edilib

15-06-2021
Youth Inc. Bakutel-də iştirak edib-Foto

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016
Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib

Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib

01-04-2019
Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017
Şəhidlərin və rabitəçi qazilərin övladları üçün yelkənli idman növünə dair təlim keçirilib

Şəhidlərin və rabitəçi qazilərin övladları üçün yelkənli idman növünə dair təlim keçirilib

24-06-2021
Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018
Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

09-06-2015
Nazirlikdə yeni təyinat olub

Nazirlikdə yeni təyinat olub

02-02-2018
Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib

16-04-2018
Çində Avropa Oyunlarının açılış mərasimi canlı yayımlanıb

Çində Avropa Oyunlarının açılış mərasimi canlı yayımlanıb

13-06-2015
“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018
Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

23-11-2021
Hökumət RYTN-in kollegiyasının tərkibini təsdiqləyib-Siyahı

Hökumət RYTN-in kollegiyasının tərkibini təsdiqləyib-Siyahı

22-07-2016
Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019
Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019
İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi

İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi

05-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə