Previous Next
Bağla

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti "Mərkəzi Avrasiya Startap Sammiti"ndə iştirak edib

19-04-2022 13:48
"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti "Mərkəzi Avrasiya Startap Sammiti"ndə iştirak edib

14-15 aprel 2022-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Mərkəzi Avrasiya startap ekosistemi, regionun ən yaxşı startapları, investorları və innovativ şirkətlərinin iştirak etdiyi “Mərkəzi Avrasiya Startap Sammiti” keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov iştirak ediblər.

Vüsal Rüstəmov "İnnovasiyalar Mərkəzi"nin ekosistemin inkişafı istiqamətində həyata keçirdiyi layihələr, infrastrukturun formalaşdırılması, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verib.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov isə startapların qlobal səviyyədə sərmayə cəlbi, inkişafı, beynəlxalq bazara çıxış imkanları üçün yaradılan fürsətlər, daxili və xarici investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər haqqında danışıb.

Sammitdə Startap Mərkəzi Avrasiya Platformasının təqdimatı nümayiş etdirilib, Mərkəzi Avrasiya regionunda startap ekosistemlərinin inkişafı üzrə ən yaxşı təcrübələr göstərilib və startapçılar üçün tematik təlimlər təşkil olunub. Həmçinin müxtəlif ölkələrin nümayəndələri, investorlar və startaplarla maraqlı müzakirələr aparılması və vacib qərarların qəbulu üçün təkbətək görüşlər keçirilib.

“Startap Mərkəzi Avrasiya Sammiti” BMT-nin İKT sahəsində ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dəstəklənib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

“İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub

16-01-2021

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025

INNOLAND-in nümayəndə heyəti Tech Summit-də iştirak edib

08-11-2019

ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

20-02-2020

Gəncə Dövlət Universiteti və INNOLAND arasında memorandum imzalanıb

11-10-2019

Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

24-07-2019

“INNOLAND”ın rezidentləri “Web Summit 2025”də iştirak ediblər

17-11-2025

"INNOLAND"də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

17-01-2023

“İnnovasiyalar Mərkəzi" ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlıq imkanlarını müzakirə edib

16-01-2023

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018

Azərbaycanın ABŞ-ın "Silikon vadisi"ndəki "İnnovasiyalar evi"nə artıq yerli startaplar cəlb olunub

21-02-2020

Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq

24-09-2019

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

03-10-2019

Dövlət Agentliyinin nümayəndəsi beynəlxalq sammitdə iştirak edib

24-02-2022

"ASAN xidmət" növbəti beynəlxalq mükafat qazanıb

11-01-2024

Adam Draper ilə virtual reallıqda təlim təşkil ediləcək

05-09-2019

Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

07-10-2023

Növbəti Fintech Meetup Gəncədə baş tutacaq

04-10-2019

İnnovasiya ekosisteminin inkişafı üçün “İNNOKLUB” yaradılıb

31-03-2021

Dövlət Agentliyinin sədri “500 Startups” şirkətinin nümayəndəsi ilə görüşüb

29-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə