Previous Next
Bağla

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019 15:30
ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

İyunun 11-də ADA Universitetində beşinci beynəlxalq “Big Data Day Baku 2019” forumu öz işinə başlayıb. Paşa Bankın dəstəyi ilə keçirilən birgünlük toplantı “Big Data” üzrə yerli və xarici alimləri, eləcə də müxtəlif sənaye nümayəndələrini bir araya gətirib.

Xeberler.az bildirir ki, “Böyük həcmli verilənlərin böyük dəyərə çevrilməsi” şüarı altında keçirilən builki Forum ADA Universitetinin data analizi üzrə tədqiqat mərkəzinin təşkilatçılığı, IEEE Kompüter və Kommunikasiya cəmiyyətlərinin dəstəyi ilə reallaşıb.

Açılış mərasimində çıxış edən Forumun sədri, ADA Universitetinin müəllimi Abzetdin Adamov tədbirin əsas məqsədinin cəmiyyətdə böyük həcmli verilənlərin (Big Data) yaratdığı yeni imkanlar və çətinliklər haqqında məlumatlılığı daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq olduğunu deyib. O, müasir dövrdə data və analiz üzrə tədqiqatların önəmindən danışıb. Tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və verilənlər-məlumat elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirmək baxımından tədbirin əhəmiyyətini vurğulayıb.

Universitetin tədris işləri üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, data, yəni məlumatlar günümüzün ayrılmaz hissəsinə çevrilib. O, Forum iştirakçılarına ADA Universitetin əsas fəaliyyət istiqamətləri, müxtəlif sosial, humanitar, iqtisadiyyat və elmlə bağlı ixtisaslar barədə ətraflı məlumat verib.

Müasir dövrdə informasiya texnologiyalarının və verilənlər elminin sürətlə inkişaf etdiyini deyən ADA Universitetin İT və Mühəndislik fakültəsinin dekanı Araz Yusubov bu istiqamətdə data analizi üzrə tədqiqat mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib. O, Forumun gələcəkdə bu sahədə seminar və dəyirmi masalar keçirilməsi, eləcə də tədqiqatlar aparılması baxımından gözəl platforma olduğunu qeyd edib.

ABŞ-ın Northeastern Universitetinin Silikon Vadisindəki kampusunun professoru Rikardo Baeza-Yates böyük həcmli verilənlərin xüsusiyyətləri, mexaniki öyrənmə və süni intellekt barədə ətraflı danışıb.

Təqdimat sessiyalarında yerli və xarici alimlər, eləcə də müxtəlif sənaye müəssisələrinin nümayəndələri “müasir dövrün yanacağı” adlandırılan böyük həcmdə verilənlərin hökumət, qeyri-hökumət və biznes sektorunda idarəetməyə və qərar qəbuletməyə təsiri barədə çıxışlar edib və müzakirələr aparıblar.

Forum “Ömürboyu öyrənmə, karyera inkişafı və peşəkar şəbəkələşmə üzrə qlobal texniki və peşəkar assosiasiyalar” mövzusunda panel sessiyası ilə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda Big Data Day keçiriləcək

Bakıda Big Data Day keçiriləcək

14-03-2016
Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016
“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

13-05-2015
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 17-ci IEEE beynəlxalq konfransı öz işinə başlayıb

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 17-ci IEEE beynəlxalq konfransı öz işinə başlayıb

19-10-2023
AICT 2019  Beynəlxalq  Konfransına yekun vurulub

AICT 2019 Beynəlxalq Konfransına yekun vurulub

26-10-2019
ADA-da Big Data Mərkəzi fəaliyyətə başlayıb

ADA-da Big Data Mərkəzi fəaliyyətə başlayıb

15-12-2017
Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

29-10-2015
ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

12-05-2026
Proqram mühəndisliyi və Data Science

Proqram mühəndisliyi və Data Science

19-05-2017
Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək

Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək

01-03-2019
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

23-09-2020
“TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda görüş keçirilib

“TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda görüş keçirilib

28-04-2025
Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

06-05-2025
ADA-nın “Yay düşərgəsi” növbəti dəfə Azercell-də!   

ADA-nın “Yay düşərgəsi” növbəti dəfə Azercell-də!  

13-07-2022
Big Data ilə bağlı elmi araşdırmalar davam edir

Big Data ilə bağlı elmi araşdırmalar davam edir

09-02-2017
BDU-da “Data Science” təlimlərinə başlanılıb

BDU-da “Data Science” təlimlərinə başlanılıb

11-12-2024
Big Data ilə bağlı araşdırmalar aparılıb

Big Data ilə bağlı araşdırmalar aparılıb

27-10-2016
Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025
EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11-01-2019
Ötən həftə İKT sahəsində nələr baş verib?

Ötən həftə İKT sahəsində nələr baş verib?

18-05-2015
“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

06-07-2017
XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

27-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə