Previous Next
Bağla

Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

11-12-2019 20:54
Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

10 dekabr 2019-cu il tarixində Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən “Səfirlər proqramı”nın təqdimetmə mərasimi keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə Azərbaycana işgüzar tədbirləri cəlb edən yerli assosiyasiya nümayəndələrinə, Azərbaycan Konqreslər Bürosu ilə aktiv şəkildə əməkdaşlıq etmiş İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvlərinə, işgüzar turizmə dəstək göstərən müxtəlif qurumlara mükafat və sertifikatlar təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2019-cu ildə ölkəmizdə keçirilmiş ən böyük tədbirlərdən biri olan BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi etməklə işgüzar turizmin inkişafına dəstək verdiyi üçün Azərbaycan Konqreslər Bürosu tərəfindən xüsusi mükafata layiq görülüb.

24-26 iyun 2019-cu il tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib.

Forumun açılışında 100-dən çox ölkədən 1000-dək qonaq iştirak edib. Dövlət xidmətlərinin göstərilməsi sahəsində Şərqi Avropa regionunda təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 3 paralel tədbir təşkil edilib.

2003-cü ildən etibarən təşkil olunan Forum bu günə kimi ABŞ, İspaniya, Niderland Krallığı, Mərakeş və s. ölkələrdə keçirilib.

Forum dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi sahəsində gündəmdə olan digər aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi üzrə universal platforma qismində çıxış edir.

Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

23-05-2019
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24-06-2019
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

12-05-2015
Bakıda  BMT-nin Dövlət Xidmətləri Forumu keçirilir.

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirilir.

24-06-2019
ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

22-06-2019
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019
ASAN xidmət BMT-də təltif olunacaq

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015
Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019
Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019
Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026
ABAD xaricdə təqdim edilib-Foto

ABAD xaricdə təqdim edilib-Foto

23-06-2017
ASAN xidmət-də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

ASAN xidmət-də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

26-04-2019
“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

25-06-2025
“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

15-12-2022
Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

07-04-2026
ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018
Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025
"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026
Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar

Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar

30-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə