ABŞ-ın “Microsoft” korporasiyasının qurğular üzrə icraçı vitse-prezidenti, 2014-cü ildə mobil bölməsi korporasiya tərəfindən satın alınmış “Nokia” şirkətinin keçmiş rəhbəri Stiven Elop vəzifəsini tərk edəcək.
Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, biznes həllər üzrə icraedici vitse-prezident Kirill Tatarinov və strategiya üzrə icraedici vitse-prezident Erik Rudder də korporasiya ilə yollarını ayıracaq. Bu barədə ABŞ istehsalçısının məlumatında deyilir.
Kadr dəyişiklikləri korporasiyanın yeni strategiyası ilə əlaqədardır. “Microsoft” diqqəti üç əsas istiqamətə - biznes və məhsuldarlığın artırılması alətlərinə, “bulud” platformaları və fərdi kompüterlərə yönəldir.
Strukturun yenidən təşkili çərçivəsində vitse-prezident Terri Mayerson “Windows” əməliyyat sistemi və onun idarəetməsi ilə işləyən qurğularla məşğul olacaq yeni "Windows and Devices Group” bölməsinə rəhbərlik edəcək. Bölmə iki mövcud “Operating Systems Group” və “Microsoft Devices Group” komandasından təşkil olunub.
Həmçinin “Google” şirkətinə qarşı yönələn ziddiyyətli “Scroogled” kampaniyası ilə məşhur olan Mark Penn birbaşa investisiyalar fondu yaratmaq üçün "Microsoft”u tərk edir. Digər versiyaya görə, o, ABŞ prezidentliyinə namizədlərdən birinin komandasına qoşula bilər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri