Xeberler.az bildirir ki, Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-ın “Microsoft” korporasiyası ilə qurğu, əlavə və xidmətlərin fasiləsiz məhsuldarlığını təmin edəcək uzunmüddətli strateji tərəfdaşlığa başlayıb. Şirkətin saytında dərc edilən məlumata görə, söhbət “Microsoft”un yeni “Galaxy Note10” modelinə eksklüziv inteqrasiyasından gedir ki, bu da istifadəçilərə görülən işi smartfon və fərdi kompüterdə asanlıqla birləşdirməyə imkan verəcək.
Məlumata görə, “Samsung” şirkəti “Microsoft Your Phone” əlavəsini “Galaxy Note 10” smartfonuna inteqrasiya edəcək: “Android” mətnli məlumatlar, bildirişlər, o cümlədən qurğunun ekranı “Windows 10” sistemli fərdi kompüterin displeyində görünəcək. Yeni “Samsung Galaxy Note 10” və “Galaxy Note 10 ” smartfonlarının təqdimatında çıxış edən “Microsoft” korporasiyasının mobil qurğular bölməsinin rəhbəri Şilpa Ranqanatanın sözlərinə görə, ilin sonunadək yeni qurğuların “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərlə sinxronlaşdırılması birbaşa kompüterdən zənglərin edilməsinə və qəbuluna da imkan verəcək. “Samsung”, həmçinin “OneDrive” sinxronlaşdırılması dəstəyini birbaşa “Gallery Android” proqramına quraşdıracaq ki, bu da qurğuda saxlanılan fotoşəkillərin “bulud” saxlama servisi ilə sinxronlaşdırılmasına şərait yaradacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri