Süheylə Cəfərovaya “Trendyol”da yüksək vəzifə verildi

18-01-2024 / 12:47

Tanınmış PR və Korporativ Kommunikasiyalar üzrə menecer Süheylə Cəfərova "Trendyol Azərbaycan"da PR və kommunikasiya direktoru təyin edilib.

Xeberler.az  businesstime.az-a istinadən xəbər verir ki, o vəzifəsinin icrasına 2024-cü ilin yanvarından başlayıb.

Qeyd edək ki, S.Cəfərova  12 il müddətində "Bakcell" şirkətində çalışıb və 2023-cü ilin iyulunda bu şirkətdən ayrılıb.
O, həmçinin BMT-nin Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Dünya Bankı Qrupu ilə bir sıra layihələrin icrasında iştirak edib.
Xatırladaq ki, ötən il Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması "Trendyol" Azərbaycanda şirkət yaradıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə