Previous Next
Bağla

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018 15:46
Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə 24-25 sentyabr 2018-ci il tarixində Bakıda Elektron Ticarət Forumu keçiriləcək.

Xeberler.az  bildirir ki, “Bakı E-ticarət Forumu 2018” adlanan beynəlxalq tədbirdə 300-dən artıq yerli və xarici nümayəndənin iştirakı gözlənilir.

İlk dəfə Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətlərini həyata keçirən kiçik və orta sahibkarları, startapları, həmçinin, bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə məşğul olan dövlət orqanlarını və beynəlxalq inkişaf agentliklərini bir araya gətirəcək forum Azərbaycanda elektron ticarətin inkişafına təkan vermək məqsədi daşıyır.

Forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunu oynayacaq.

Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.

Tədbir çərçivəsində e-ticarətlə məşğul olan yerli startapların sərgisi də təşkil olunacaq.

Forumda iştirak etmək üçün www.bef2018.az rəsmi səhifəsində
qeydiyyatdan keçmək tələb olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

20-05-2019

E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

19-09-2018

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

25-09-2018

Bakı Elekton Ticarət Forumu (BEF-2019) təşkil olunacaq

24-09-2019

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib

14-09-2018

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

12-05-2025

Hökumət elektron ticarət platformalarını inkişaf etdirmək istəyir

14-10-2019

Bakıda World e-commerce Eurasia 2019 forumu keçiriləcək

25-10-2019

E- imza təcrübəmiz BMT konfransında təqdim edilib

11-10-2017

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Bakı Elektron Ticarət Forumu keçirilir

21-10-2019

Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək

07-10-2024

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018

Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

09-04-2019

Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilir

16-11-2023

Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı ilə birgə məqalə dərc edib

29-07-2020

Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb

13-05-2025

Azərbaycanda elektron ticarətin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

11-07-2018

BMT-nin e-ticarətlə bağlı qrupuna Azərbaycan sədirlik edəcək

19-04-2018

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018

Azər Bayramov: Dünya üzrə elektron ticarətin həcmi çox böyükdür

03-12-2018

Sabah Bakıda elektron ticarətlə bağlı tədbir keçiriləcək

27-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə