“Süni və təbii zəka” mövzusunda debat görüş təşkil edilib

10-10-2025 / 16:22

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən “Süni və təbii zəka” debat görüşü təşkil edilib.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məqsəd sürətlə inkişaf edən süni zəka texnologiyalarının insan yaradıcılığına, düşüncə tərzinə və təbii zəkaya təsiri barədə geniş müzakirələrin təşkili olub.

“FutureBright” şirkətinin ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə aparılan debatda spikerlər qismində yazıçı Aqşin Yenisey, dünya yaddaş çempionu Orxan İbadov və "İnnovasiyalar Mərkəzi" nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Nofəl Əliyev çıxış ediblər.

Müzakirələr zamanı süni zəkanın insan fəaliyyətində rolu, onun yaradıcı potensialı, təbii zəkadan fərqləri və gələcəkdə cəmiyyətə təsiri ətrafında fikir mübadiləsi aparılıb. Həm süni, həm də təbii zəka tərəfdarları arqumentlərini elmi faktlar, şəxsi təcrübələr və praktiki nümunələrlə əsaslandırıblar.

AİİM tərəfindən bu formatda müzakirələrin davam etdirilməsi planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə