Previous Next
Bağla

“Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

24-02-2026 11:59
“Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

ETN İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən institutun əməkdaşları üçün “Süni intellekt savadlılığı” proqramı çərçivəsində təlim təşkil edilib.

Xeberler.az bildirir ki, təlimin əsas məqsədi süni intellektin ən son yenilikləri ilə yaxından tanışlıq, işgüzar fəaliyyətdə süni intellektin imkanlarından faydalanmaq üçün təqdim olunan yeni xidmətlərlə bağlı müzakirələrin aparılması idi.

Təlimdə Mərkəzin təlimçisi Nofəl Əliyev əvvəlcə ASAN İnnovativ İnkişaf Mərkəzi haqqında məlumat verərək bildirib ki, 5 ilə yaxındır fəaliyyət göstərən Mərkəzin təşkil etdiyi 650-dən çox təlimə bugünədək 30 mindən çox iştirakçı qatılıb.

O, daha sonra iştirakçılara süni intellektin ən son yenilikləri və tətbiqləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, süni intellekt gündəlik iş prosesinin sadələşdirilməsi, daha dəqiq qərarların qəbul edilməsi, effektivliyin yüksəldilməsi və liderlik bacarıqlarının gücləndirilməsi baxımından geniş imkanlar açır. Nofəl Əliyev süni intellekt texnologiyalarının əməkdaşların rutin xarakterli iş yükünü əhəmiyyətli dərəcədə azaltdığını, onların daha yaradıcı və strateji fəaliyyətlərə fokuslanmasına imkan yaratdığını vurğulayıb.

Tədbirdə iştirakçılara nəzəri biliklərlə yanaşı, real həyatda tətbiq edilə biləcək praktiki bacarıqlar da aşılanıb. “Skywork Aİ”, “Gemini”, “Kimi”, “Claude”, “DeepSeek” və s. kimi generativ süni intellekt platformalarının müqayisəli təhlili aparılıb, onların üstün və çatışmayan cəhətləri izah edilib, elmi fəaliyyətin səmərəliliyinin artırılmasında daha geniş tətbiq potensialına malik sistemlər əyani nümunələr əsasında təqdim olunub.

Sonda geniş fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025

“Süni Zəka və İdarəçilik” mövzusunda təlim keçirilib

15-09-2025

“Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda təlim keçirilib

01-03-2025

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026

Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

17-03-2026

AzMİU əməkdaşları üçün süni intellekt mövzusunda təlim keçirilib

03-02-2025

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş təlim keçirilib

22-04-2025

“AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub

15-01-2025

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024

“Süni intellekt və data elmi” layihəsi çərçivəsində görüş təşkil olunub

10-08-2022

“Süni intellekt və beynəlxalq hüquq” konfransı keçirilib

04-12-2025

Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25-02-2026

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

“INNOLAND”ın rezidentləri “Web Summit 2025”də iştirak ediblər

17-11-2025

“ASAN xidmət” növbəti süni zəka təlimini reallaşdırıb

16-07-2025

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

“Süni və təbii zəka” mövzusunda debat görüş təşkil edilib

10-10-2025

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025

AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

17-12-2025

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

29-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə