Previous Next
Bağla

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025 11:41
Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasının Baş nazirinin Ofisinin dəvəti əsasında bu ölkədə səfərdə olub.

Səfər “ASAN xidmət” təcrübəsinin Barbadosda tətbiqi ilə əlaqədar müzakirələrin aparılması və görüşlərin keçirilməsi məqsədi daşıyıb.

Xeberler.az bildirir ki, Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Barbados Respublikasının dövlət xidmətlərinə məsul naziri ilə görüşdə nazir hökuməti üçün əsas prioritetlərindən birinin dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi olduğunu qeyd edərək, bu sahədə Azərbaycanın qabaqcıl “ASAN xidmət” təcrübəsindən faydalanmaq istədiklərini bildirib.

Həmçinin görüş zamanı Barbados tərəfi “ASAN xidmət” təcrübəsinin ölkələrində tətbiqi ilə əlaqədar sazişin imzalanması təşəbbüsü ilə çıxış edib və belə bir sənədin qısa müddətdə imzalamağa hazır olduqlarını bildirib.

Barbadosun bir sıra dövlət qurumlarının rəhbərləri, yüksək vəzifəli hökumət rəsmilərinin iştirakı ilə “ASAN xidmət” və Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovativ həllərin nümayişinə dair geniş tədbir keçirilib. Dövlət Agentliyinin nümayəndələri tərəfindən “ASAN xidmət”, burada göstərilən innovativ həllər, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlərə dair geniş təqdimatlar edilib. Hazırda ölkəmizin qabaqcıl təcrübəsinin 30-dan çox dövlətlə paylaşıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Barbadosun bir sıra yerli qurumlarının fəaliyyəti ilə tanışlıq da həyata keçirilib.

Dövlət Agentliyinin nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin təşkilçatçılığı və BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının tərəfdaşlığı ilə keçirilən “Dövlət sektorunda idarəetmənin gələcəyi: innovasiya və dövlət sektorunun transformasiyası üçün düşüncə tərzinin dəyişdirilməsi” mövzusundakı tədbirdə iştirak edib. Əsas məqsəd Karib Hövzəsi ölkələrində dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi sahəsində müzakirələrin aparılması olub. Tədbirə Karib hövzəsi ölkələrini təmsil edən dövlətlərin nümayəndələri qatılıblar.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət” konsepsiyası haqqında ətraflı təqdimatla çıxış edərək, bu modelin ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilmiş mühüm islahat olduğunu vurğulayıb və vətəndaşların böyük rəğbətini qazandığını diqqətə çatdırıb.

Tədbir çərçivəsində “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində Karib hövzəsi ölkələrinin nümayəndələri ilə görüşlər keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023
“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025
Uqandalı nazir “ASAN xidmət”də olub

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020
"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026
“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026
"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026
“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025
Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

04-06-2025
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025
“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025
“ASAN xidmət”in nümayəndə heyəti Venesuelaya səfər edib

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelaya səfər edib

13-05-2026
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025
Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025
“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025
Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

07-04-2026
Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025
Barbadoslu nazir "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Barbadoslu nazir "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

19-11-2024
Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025
“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

18-11-2025
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
Yunanıstan səfiri “ASAN xidmət”də olub

Yunanıstan səfiri “ASAN xidmət”də olub

11-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə