TDT ölkələri "CubeSat"ın orbitə buraxılışına hazırlaşır

31-03-2026 / 17:46

Türk Dövlətləri Təşkilatının (TDT) kosmik qurumlarının işçi qrupu Daşkənddə keçirilən iclas çərçivəsində "TDT çərçivəsində Kosmik Sənaye Əməkdaşlığı potensialının inkişafına dair Saziş" layihəsini nəzərdən keçirib.

Xeberler.az TDT-yə istinadən məlumat verir ki, nümayəndə heyətləri yekun qeydlərini diqqətə çatdırıb, kosmik texnologiyalar və sənaye istehsalı sahəsində uzunmüddətli qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün hərtərəfli hüquqi və institusional əsasın formalaşdırılmasına hazır olduqlarını bildiriblər.

Bundan əlavə, görüş zamanı iştirakçılar "CubeSat" formatlı (OTS-SAT, 12U) peykin istehsal mərhələsinin başa çatdırılmasını nəzərdən keçirib, həmçinin onun orbitə çıxarılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Sıx qarşılıqlı fəaliyyətin, qalan texniki elementlərin vaxtında tamamlanmasının və peyk sistemləri, yerüstü infrastruktur, həmçinin məlumatların emalı kimi istiqamətlərdə gələcək əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, Daşkənddə baş tutmuş TDT Kosmik Agentlikləri rəhbərlərinin 5-ci iclası çərçivəsində 12U formatlı OTS-SAT peykinin istehsalının yekun mərhələləri və onun buraxılışı ilə bağlı məsələlər nəzərdən keçirilib. Tərəflər, həmçinin TDT-nin kosmik əməkdaşlığının beynəlxalq arenada daha tanınması və mövqelərini gücləndirmək məqsədilə böyük beynəlxalq tədbirlər çərçivəsində Türk Dünyası Kosmos Günlərinin təşkili ilə bağlı təşəbbüsləri də müzakirə ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə