Previous Next
Bağla

TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

27-11-2025 11:13
TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

Noyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib.

Xeberler.az məlumat verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələrin, institusional əməkdaşlıq mexanizmlərinin və qarşılıqlı informasiya mübadiləsinin türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verdiyini deyib. O vurğulayıb ki, iclasın gündəliyində əksini tapan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə addımların koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman çıxışında qeyd edib ki, müasir informasiya mühiti təkcə təhlükəsizlik baxımından deyil, həm də idarəetmə, planlaşdırma və dövlətlərarası koordinasiya cəhətdən yeni yanaşmalar tələb edir. Bildirilib ki, TDT çərçivəsində media qurumları arasında dialoqun artırılması, məlumat axınının sistemli şəkildə qurulması və digər önəmli məsələlər təşkilatın qarşıdakı illər üzrə əsas hədəflərindən biridir. Həmçinin diqqətə çatdırılıb ki, rəqəmsal transformasiyanın sürətləndiyi dövrdə media sahəsində qarşılıqlı fəaliyyət yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmamalı, eyni zamanda, innovativ yanaşmaların tətbiqi, yeni media alətlərinin potensialından istifadə və ortaq kommunikasiya mədəniyyətinin formalaşdırılması kimi istiqamətləri də əhatə etməlidir.

Daha sonra TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə edilib və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənib. Həmçinin TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılıb, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflərin müzakirəsi həyata keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022

TDT-yə üzv dövlətlər 2026-cı ildə birgə peyk istehsal edəcək

08-10-2025

TDT ölkələri "CubeSat"ın orbitə buraxılışına hazırlaşır

31-03-2026

TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

24-10-2025

TDT nazirlərinin 2-ci iclasının Bəyannaməsi qəbul edilib

24-10-2025

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

07-12-2023

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026

TDT-nin 2-ci Nazirlər Toplantısının keçiriləcəyi tarix məlum olub

08-10-2025

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024

TDT nazirlərinin üçüncü iclası Astanada keçiriləcək

24-10-2025

TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək

26-10-2024

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

13-09-2024

MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

18-09-2025

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

23-04-2025

Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

16-12-2024

TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiyalar Nazirləri görüşür

26-10-2024

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025

Agentliyin nümayəndələri TDT ölkələrinin iclasında iştirak edib

29-04-2025

Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

16-11-2024

MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

29-09-2025

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə