Previous Next
Bağla

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31-03-2026 08:00
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli faciələrindən biri ilə üzləşdi. Ermənilərin uzun illərdir planlaşdırdığı etnik təmizləmə siyasəti bolşeviklərin dəstəyi ilə həyata keçirildi. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.

Xeberler.az bildirir ki, qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bütün bunlar öz miqyasına və nəticələrinə görə həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara, həm də mənəvi-əxlaqi kodekslərə əsasən insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətlər sayılır.

107 il əvvəl daşnak-bolşevik işğalçıları Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədərək 70 mindən çox günahsız insanı amansızlıqla qətlə yetirib, yaşayış məntəqələrini yandırıb və minlərlə ailəni öz doğma yurdlarından didərgin salıblar. Onlar uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kənd yerlə-yeksan edilib.

1918-1920-ci illərdə Andranikin quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin böyük bir hissəsi – təxminən 565 min nəfər – amansızlıqla qətlə yetirilib və ya öz dədə-baba yurdlarından zorla qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 31 Mart ümummilli matəm günü olaraq elan edilib. 1918-ci il iyulun 15-də Nazirlər Şurasının qərarı ilə bu faciəni araşdırmaq məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

31 Mart Azərbaycanlıların Soyqırımı Gündür

31-03-2025

Azərbaycanlıların soyqırımından 100 il ötür

31-03-2018

Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür

31-03-2017

Bu gün Azərbaycanlıların soyqırımı günüdür

31-03-2016

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

26-02-2024

Prezident Kitabxanasının “Azərbaycanlıların soyqırımı və deportasiyası” adlı elektron resursu yenilənib

31-03-2011

20 Yanvar Ümumxalq Hüzn Günüdür

20-01-2025

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

20-01-2024

"Qanlı Yanvar" faciəsindən 36 il ötür

20-01-2026

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

20-01-2023

Azərbaycanlı gənclər terror əleyhinə elektron aksiya keçirir!!!

31-03-2009

Prezident İlham Əliyev Xocalı soyqırımı ilə əlaqədar yürüşdə iştirak edib

26-02-2019

Xocalı soyqırımından 28 il ötür

26-02-2020

31 Martla bağlı virtual aksiya keçirildi

31-03-2011

Xocalı soyqırımından 31 il ötür

26-02-2023

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

20-01-2022

Xocalı soyqırımından 29 il ötür

26-02-2021

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2018

Genocide.az saytı yeniləndi

31-03-2011

​Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2015

Prezident 2018-i “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib

10-01-2018

Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2016

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilir

28-05-2018

Azərbaycanlı haker 1000-ə yaxın saytı dağıtdı

24-02-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə