Qazaxıstanda “Starlink” qatarların hərəkətini tənzimləyəcək

31-03-2026 / 12:29

“Starlink” Qazaxıstanda qatarların stansiyalar arasında hərəkətinin tənzimlənməsi üçün istifadə olunacaq.

Xeberler.az Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında “Qazaxıstan Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr müavini Marat Şakenov bildirib.

Onun sözlərinə görə, qatarların hərəkətinin tənzimlənməsi üzrə “AIMAK RAIL” rəqəmsal sistemi “Karaqaylı-Kokpektı” dəmir yolunun kiçik hissəsində tətbiq olunur.

Ötən ilin dekabr ayında 247 kilometr uzunluğunda “Starlink” peyk sisteminin yerləşdirilməsi üzrə işlərə başlanılıb. Bu, birinci mərhələdə ötürmə qabiliyyətini gündə dörd cüt qatara, ikinci mərhələdə isə yeddi cüt qatara çatdıracaq. Birinci mərhələdə yükdaşımalarının həcmi ildə 3 milyon ton, ikinci mərhələdə isə 5 milyon tondan çox olacaq. Qatarların sınaq səfəri bu ilin aprel ayına planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə