Previous Next
Bağla

TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiyalar Nazirləri görüşür

26-10-2024 14:05
TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiyalar Nazirləri görüşür

İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin Birinci Toplantısı keçirilir.

Xeberler.az məlumat verir ki, tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunur.

Azərbaycanı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantıda işçi qrupun gələcək fəaliyyətinə dair atılacaq addımlar, türkdilli ölkələrin sahə üzrə əməkdaşlığının artırılması kimi məsələlər müzakirə olunur.

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır çıxışı zamanı vurğulayıb ki, ilk dəfə keçirilən bu toplantı TDT əməkdaşlığının təməlidir.

“Böyük sınaqlardan keçdiyimiz bu dövrdə ən böyük dayağımız ortaq tariximiz, dilimiz, mədəniyyətimizdir. Türkiyə olaraq Türk dünyası arasında əməkdaşlığın genişlənməsindən məmnunluq duyuruq. Ortaq fəaliyyətimiz, həm də yaranan bütün çətinliklərdən birgə çıxmağımıza dəstək verəcək ən böyük amildir. Əsas hədəfimiz hər gün dəyişən və yenilənən dünyada ölkələrimizi birlikdə daha da gücləndirmək və inkişaf etdirməkdir. Bu gün təməli atılan bu birlikdən, sadəcə, dövlət strukturlarımız deyil, özəl sektorda da faydalanacaq”, - deyə türkiyəli nazir qeyd edib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.

Toplantının sonunda iştirakçı ölkələrin ortaq bəyanatı yayımlanacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək

26-10-2024

TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

24-10-2025

TDT nazirlərinin üçüncü iclası Astanada keçiriləcək

24-10-2025

TDT nazirlərinin 2-ci iclasının Bəyannaməsi qəbul edilib

24-10-2025

Azərbaycan TDT ölkələrinə texnologiya transferi mərkəzləri yaratmağı təklif edib

26-10-2024

TDT-nin 2-ci Nazirlər Toplantısının keçiriləcəyi tarix məlum olub

08-10-2025

Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

24-10-2025

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022

Azərbaycan Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığı müzakirə edib

02-10-2023

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

07-12-2023

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024

TDT ölkələri "CubeSat"ın orbitə buraxılışına hazırlaşır

31-03-2026

TDT-yə üzv dövlətlər 2026-cı ildə birgə peyk istehsal edəcək

08-10-2025

TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

27-11-2025

Agentliyin nümayəndələri TDT ölkələrinin iclasında iştirak edib

29-04-2025

TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

24-11-2025

Azərbaycanla İsrail elm və texnologiya üzrə əməkdaşlıq edəcək

04-02-2026

Azərbaycan və "Dubai Future Foundation” arasında memorandum imzalanıb

03-11-2021

İndiyədək "Coursera"dan 25 mindən çox vətəndaş faydalanıb

11-07-2025

İKT-nin tətbiqi TDT-ın sərhədlərarası pasiyent məlumatları mübadiləsini mümkün edir

08-10-2024

“Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” konfransı işə başlayıb

16-05-2025

Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

02-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə