Previous Next
Bağla

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015 10:06
Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

Azərbaycan Dillər Universiteti təhsildə yeniliyə imza atıb.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, müəssisəsi təhsil prosesini avtomatlaşdırmağa tam hazırdır və Ultra şirkətinin EduMan sistemini tətbiq etməyə başlayıb.

Azərbaycan Dillər Universiteti təhsilin keyfiyyətini artırmaq məqsədilə EduMan Platforması əsasında Təhsil İdarəetmə sistemini tətbiq etmək niyyətindədir. Artıq universitet Ultra şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalayıb.

Universitetdən bildirilib ki, əsas məqsəd hazır “EduMan – Mərkəzləşdirilmiş Tədris İdarəetmə” Platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimidir. Bura universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək Vahid Baza Platformasının yaradılması, tədris prosesini özündə əks etdirən tədris planı, tədris qrafiki, həm müəllimlər, həm tələbələr üçün nəzərdə tutulan dərs cədvəli və mövzu-tematik planını əhatə edəcək Tədris prosesinin planlaşdırılması və Tələbələrin Şəxsi Kabineti yaradılması kimi modulların pilot olaraq bir dekanatlıqdan başlayaraq tətbiq edilməsi daxildir.

Nəticədə universitet ilkin olaraq aşağıdaki üstünlükləri əldə edəcək:

Tələbələr, işçi heyəti və müəllimlər üzrə Mərkəzləşdirilmiş bazasının formalaşdırılması və bu məlumatların rahatlıqla axtarıb tapmaqla təhlil etmə üstünlüyü;

Tələbələrin operativ və rahat qeydiyyatını həyata keçirmək imkanı;

Tədris işinin əsasən də dərs cədvəllərinin, tədris qrafikinin və s. rahat planlaşdırması imkanı;

Tələbələrin mütəmadi olaraq xəbərlər, bildiriş, yeniliklər və dərs cədvəllərinə baxmaq üçün xüsusi şəxsi kabinetlərdən yararlanması imkanı.

Gələcəkdə Azərbaycan Dövlət Dillər Universiteti “EduMan Platformasının” digər modullarını - elektron Jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun İdarəedilməsi, elektron İmtahan idarəetmə və digər sistemləri növbəti mərhələdə mərkəzləşdirilmiş formada tətbiqini planlaşdırılır.

Qeyd edək ki, EduMan sistemi Ultra şirkəti tərəfindən hazırlanmış və Azərbaycan Dövlət Dillər Universitetindən əlavə olaraq, uğurla Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Baku Oxford School-da (BOS), Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan 5 kolleclərində tətbiq edilib.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016

Elektron təhsillə bağlı seminar keçirilib - Fotolar

10-10-2015

Elektron təhsillə bağlı seminar keçiriləcək

02-10-2015

Universitetlərdə hansı rəqəmsal təhsil platformaları tətbiq edilir?

08-10-2021

Elektron universitet təlimlərinə başlanıb

09-09-2015

Gələn ildən bütün universitetdə “Elektron Universitet” modeli tətbiq olunacaq

14-10-2015

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

Uber-dən tələbələr üçün yenilik

14-09-2015

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015

İqtisad Universitetində müasir texnologiyanın tətbiqi genişlənir

04-09-2015

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018

Azərbaycan İlahiyyat İnstitutunda Unibook sisteminin tətbiqinə başlanılıb

14-02-2019

Azərbaycan təhsilində yenilik: mobil robotlar hazırlanır

01-07-2015

İqtisad Universiteti tam elekronlaşdırılmış jurnal sisteminə keçir

02-09-2015

“Təhsildə İKT kitabı çapdan çıxıb

21-05-2025

Tələbələrin davamiyyəti elektron jurnalla yoxlanılacaq

16-02-2016

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

Mikayıl Cabbarov onlayn radionun açılışında

22-09-2015

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib

29-07-2020

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020

Qafqaz Universiteti tələbələri hansı ali məktəbə yerləşdirilir?

31-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə